İnfrastruktur
İnfrastruktur
Yardımlı rayonunda "Kapital bank"ın rayon filialı fəaliyyət göstərir. Şəhərin mərkəzi küçəsi olan H.Əliyev prospektində 2, Sırıq kəndində 1, Çay Üzü kəndində 1, Hamarkənd kəndində 1 və Astanlı kəndində 1 bankomat əhalinin istifadəsinə verilmişdir. Şəhərdə bir Mərkəzi Xəstəxana, kəndlərdə isə 5 sahə xəstəxanası, 14 həkim ambulatoriyası və 20 feldşer-mama məntəqəsi fəaliyyət göstərir. Şəhər mərkəzində təcili yardım xidməti və polikilinka mövcuddur. Rayonun H.Əliyev prospektində 3 aptek, B.Mansurov 3 ünvanında isə bir aptek fəaliyyət göstərir.
TURİZM :
Rayonda turistlərin istirahəti üçün Deman istirahət mərkəzi, Şəlalə istirahət zonası və şəhər mərkəzində bir otel fəaliyyət göstərir. Kəndlərdə kənd yaşıl turizminin inkişafı üçün, turistlərin qəbulu ilə əlaqədar fərdi yaşayış evləri mövcuddur. Şəhər mərkəzində parklar, 4 yerdə restoranlar turistlərə xidmət göstərir.
NƏQLİYYAT :
Yardımlı rayonu Bakı şəhərindən 286 km cənubda yerləşir. Şəhər mərkəzinə kimi asfalt yoldur. Rayona Bakı və Sumqayıt şəhərlərindən hər gün mikroavtobuslar işləyir. Avtobusla 3-4 saata gəlmək mümkündür. Rayona hava yolu isə Lənkəran aeroportudur. Masallıdan Yardımlıya 55 km, Lənkəran aeroportundan isə rayona 80 km-dir. Rayon mərkəzində aerokassa və dəmir yoluna bilet satışı kassası yoxdur.