Şriftin ölçüsü :

Saytın rəngi :

1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.

01 iyun 2023 | 14:57

Rayon Statistika İdarəsinin rəisi Aydın Ağayevin verdiyi məlumata əsasən 2021-ci ildə Yardımlı rayonunda əhalinin sayı 67125 nəfər olub. 2022-ci ildə isə əhalinin sayı 0,79% artaraq 67657 nəfərə çatıb. Bu dövrdə uşaqların (0-17 yaş) sayında 0,96% artım qeydə alınıb. Doğulanların sayı 2021-ci ildə 1174 nəfər, 2022-ci ildə isə 10,39%-lik artımla 1296 nəfər olmuşdur. Uşaqların ümumi sayı isə 21120 nəfərdən 21324 nəfərə qalxıb. Bununla da 2021 və 2022-ci illərdə uşaqların ümumi əhali sayında payı 31,46%-dən 31,51%-ə yüksəlib. Lakin miqrasiya prosesləri ilə əlaqədar olaraq rayon ərazisində təhsilə cəlb edilən şagirdlərin 2021-ci ildəki 6889 nəfərlik sayı 230 nəfər (3,3%) azalaraq 2022-ci ildə 6659 nəfərə enmişdir.

Keçidlər