Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun daha bir kəndinə təbii qaz verildi

08 oktyabr 2013 | 15:00

 

Tədbirdə rayonun İcra Hakimiyyətinin nümayəndələri, Azərqaz İB-nin məsul işçisi Araz Ağayev, inzibati orqanların, idarə, müəssisə və təşkilat rəhbərləri, rayon Qaz  İstismar idarəsinin işçiləri, ictimaiyyətin nümayəndələri iştirak etdi. Tədbirdə  Rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov  Qabaqdibi kəndinə  təbii qaz verilməsinə həsr olunmuş tədbirdə çıxış edərək yerli sakinləri əlamətdar hadisə-təbii qazın  verilməsi münasibətilə səmimi qəlbdən təbrik etmiş, onlara ən xoş arzularını çatdırmışdır. Tədbirdə ağsaqqalları  çıxış edərək möhtərəm  prezident cənab İlham Əliyevə göstərdiyi diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildirdilər.
        Sonda rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov  təbii qaz verilməsini nümayiş edən mavi alovu alişdırmışdır.

Keçidlər