Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlı rayonunda 18 oktyabr Azərbaycan Respublikası Dövlət müstəqilliyinin 22-ci il dönümünə həsr olunmuş tədbir keçirildi

19 oktyabr 2013 | 15:00

18 oktyabr 2013-cü il tarixdə Yardımlı rayonunda Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi günü ilə əlaqədar tədbir keçirilmişdir.Tədbirdə Yardımlı rayon icra hakimiyyətinin başçsı Sevindik Hətəmov, hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri, rayon ictimaiyyət nümayəndələri iştirak etmişlər.Tədbirdə Rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov  ilk öncə Azərbaycanın müstəqillik qazanmasının 22-ci ildönümü münasibəti ilə tədbir iştirakçılarını ürəkdən təbrik etmiş, 18 oktyabr 1991-ci ilin Azərbaycan tarixində yeni mərhələnin başlanğıcı olduğunu, bu müstəqillik aktı qəbul olunduqdan sonra ölkədə siyasi vəziyyətin  normallaşdığını və Azərbaycanın müstəqil bir dövlət kimi formalaşmasına böyük təkan verdiyini tədbir iştirakçılarının nəzərinə çatdırmışdır. Natiq öz çıxışında bu müstəqilliyin qorunub saxlanılmasında əvəzsiz rolu olan, Azərbaycanın gündən-günə güclənən siyasi və iqtisadi potensialının formalaşmasının əsasını qoyan Ulu Öndərimiz Heydər Əliyevin xidmətlərini xüsusi vurğulamışdır. Azərbaycan dövlətinin qurucusu və memarı olan Ulu Öndərin siyasi kursunun bu gün də uğurla davam etdirildiyini, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına yüksək diqqət və qayğısı nəticəsində respublikanın hər bir guşəsində olduğu kimi Yardımlıda da böyük tikinti-quruculuq işlərinin həyata keçirildiyini qeyd etmişdir.

Keçidlər