MİŞKİREYN KƏNDİNƏ TƏBİİ QAZ VERİLDİ
Dekarın 10-da Mişkireyn kəndinə təbii qazın verilməsi münasibətilə açılış mərasimi keçirilmişdir.Tədbiri giriş nitqi ilə açan rayon icra hakimiyyəti başçısının birinci müavini Azər Xamiyev bildirmişdir ki, Mişkireyn kəndinə qaz xəttinin çəkilişinə iki ay əvvəl başlanmış və podratçı təşkilat “Azərbaycan” Elm-İstehsalat birliyi “birpilləli” qaydada işi tam başa çatdırmışdır. Kənd sakinləri adından danışan Yadulla Həkimaliyev, müəllim Zair Rufullayev və Vəlixanlı bələdiyyəsinin sədri Nurəddin Şabiyev çıxışlarında ölkə başçısı İlham Əliyevə və rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmova minnətdarlıq hisslərini ifadə edərək, kəndə təbii qazın verilməsini mühüm hadisə kimi qiymətləndirdilər.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov təbrik nitqində Prezident İlham Əliyevin regionlara diqqət və qayğısından danışıb, onun bariz nümunəsi kimi Yardımlının inkişafına diqqəti yönəltdi.
Rayon rəhbəri əminliklə vurğuladı ki, rayonun sosial-iqtisadi inkişafı, o cümlədən kəndlərin qazlaşdırılması işi davamlı xarakter daşıyır.
Sonda kəndə təbii qazın verilməsinin rəmzi olan məşəl alovlandırıldı.