Şriftin ölçüsü :

Saytın rəngi :

20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar ümumrayon tədbiri keçirildi.

21 yanvar 2014 | 16:00

 

Xalqımızın azadlığı uğrunda canlarını fəda edən Şəhidlərimizin, qan yaddaşımıza yazılan 20 yanvar faciəsinin 24-cü ildönümünün keçirilməsi ilə əlaqədar təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq rayonun ümumtəhsil, səhiyyə və mədəniyyət müəssisələrində, kənd inzibati ərazi icra nümayəndəliklərində silsilə tədbirlər, anım mərasimləri keçirilmiş, faciə qurbanlarının xatirəsi ehtiramla yad edilmişdir.
      20 yanvar 2014-cü il tarixdə rayon icra hakimiyyəti başçısı, hüquq mühafizə orqanlarının rəhbərləri, ağsaqqallar, ziyalılar və ictimaiyyətin nümayəndələri “Şəhidlər” abidə kompleksinə gələrək 20 Yanvar Şəhidlərini yad etdilər, abidənin önünə tər qərənfillər düzdülər.
    Daha sonra rayon RİH-nin Akt zalında 20 Yanvar Şəhidlərinin anım mərasimi keçirildi. Tədbirdə rayon icra hakimiyyəti başçısı Sevindik Hətəmov çıxış edərək qanlı şənbə gecəsi haqqında məlumat vermiş, bu günün təkcə hüzn günü kimi deyil, qəhrəmanlıq günü kimi xalqımız tərəfindən həmişə qürurla yad ediləcəyini diqqətə çatdırmişdır. Vurğulandı ki, xalqımızın başına gətirilən bu faciə Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra 1994-cü ildə hüquqi-siyasi qiymət verilmiş, günahkarların adları sadalanmışdır.
    Mərasimin sonunda şəhid ailələrinə RİH-i tərəfindən ərzaq bağlamaları verimişdir.

Keçidlər