Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlı rayonunun Avaş kəndində “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda tədbir

25 yanvar 2014 | 16:00
24 yanvar 2014-cü il tarixdə Yardımlı rayonunun Avaş kəndində “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov ölkə Prezidentinin sahibkarlığın inkişafına göstərdiyi diqqətdən, sahibkarlığın daha da inkişaf etdirilməsi məqsədi ilə kredit yarmarkasının təşkili və bundan yararlanmağın faydasından, istehsalın səmərəliliyinin artırılmasında ənənəvi sahələrlə yanaşı yeni resursların işə salınmasının vacibliyində danışdı. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev ölkədə sahibkarlığın inkişafı üçün yaradılmış münbit şəraitdən, sahibkarların öz iqtisadi qüdrətini möhkəmləndirmək məqsədi ilə sərfəli maliyyə mənbələrindən necə faydalanmaları yollarından danışdı və sahibkarların maarifləndirilməsinin zəruriliyinə diqqətə çatdırdı.. Sonda sahibkarların sualları cavablandırıldı.
Keçidlər