Yardımlıda ötən ilin sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələr müzakirə edilmişdir
Tədbir iştirakçıları əvvəlcə ümumilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmiş, 2013-cü ildə rayonun sosial-iqtisadi inkişafına həsr olunmuş sənədli filmə tamaşa etmişlər.
Toplantıda qeyd olunmuşdur ki, Respublikamızın hər yerində olduğu kimi, Yardımlı rayonunda da ötən il il yeni iş yerlərinin yaradılması, tikinti-quruculuq və abadlıq işlərinin sürətlə davam etdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir.
2013-cü ildə Yardımlı rayonda da tikinti-abadlıq-quruculuq işləri və eyni zamanda, digər infrastruktur layihələri daha da sürətlə həyata keçirilmişdir. Şəhərin Heydər Əliyev, Ünəç, Daşkənd, Nizami, Fizuli, Məharət Mirzəyev, Vəli Məmmədov küçələrində tikinti-abadlıq və yolların təmiri işləri, Masallı-Yardımlı avtomobil yolunun Sırıq kəndindən keçən hissəsində 1 km məsafədə, Çayüzü kəndinin mərkəzində 0,5 km məsafədə küçə işıqlarının quraşdırılması həyata keçirilmişdir.
2013-cü il Yardımlılar üçün bir daha onunla əlamətdar oldu ki, 4 sentyabrda Ölkə Prezidenti Möhtərəm cənab İlham Əliyev rayonumuza tarixi səfər etdi. Səfər zamanı inşa olunan Yeni Azərbaycan Partiyası Yardımlı rayon təşkilatının inzibati binası, Ümummilli Lider Heydər Əliyevin adını daşıyan Mərkəz və Park, Yardımlı-Deman-Arvana avtomobil yolu məhz Möhtərəm prezidentimizin xeyir-duası ilə istifadəyə verildi. Gənclər parkında rayon ictimayyəti ilə görüş zamanı cənab Prezident rayonda görülmüş işləri yüksək qiymətləndirmiş və yaxın gələcəkdə rayonda yeni infrastruktur layihələrinin həyata keçəciriləcəyini bildirmişdir. Bunları nəzərə alan cənab prezident 10 sentyabr 2013-cü ildə on min əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən Yardımlı-Hamarkənd–Abbasabad avtomobil yolunun tikintisi üçün 2,0 (iki) milyon manat, həmin tarixlə Yardımlı rayonunun sosial-iqtisadi inkişafını sürətləndirmək məqsədilə Prezidentin ehtiyat fondundan 2,0 (iki) milyon manat vəsaitin ayrılması barədə sərəncam vermişdir. Rayonumuzun əhalisi bütün bunları Möhtərəm Prezidentimizin rayonumuza göstərdiyi diqqət və qayğının təzahürü kimi qiymətləndirmişlər. Artıq yolun tikintisi işlərinə başlanılmış, lakin hava şəraiti ilə bağlı işlər müvəqqəti olaraq dayandırılmışdır.
Bu müddətdə Rayon Statistika idarəsinin inşa olunmuş inzibati binası istifadəyə verilmiş, mədəniyyət və istirahət parkındakı fəvvarə müasir zövqə uyğun olaraq yenidən qurulmuş və ətrafında yaşıllaşdırma işləri aparılmışdır. “Şəhidlər xiyabanı” abidə kompleksi əsaslı təmir olunmuş, rayon Polis şöbəsi üçün yeni inşa olunan inzibati binada və Gənclər parkında “Gənclər evi”nin tikinti işləri sürətlə icra olunur.
Şəhərin mərkəzi küçəsi olan Heydər Əliyev küçəsi tamamilə yenidən qurulmuşdur. Şəhərin girişində “qala” inşa olunmuş, işıqlandırma sistemi yaradılmışdır. Uzunluğu 8 km olan küçədə 233 ədəd küçə işıqları quraşdırılmış, 5 km hissəində küçə boyunca istinad divarları hörülmüş, küvetlər salınmış, səkilər tikilmişdir.
Nəzərinizə çatdırım ki, rayonumuzun sürətli inkişafı bir sıra sahələrlə yanaşı, sənayenin inkişafı üçün münbit şərait yaratmışdır. Rayonda istər şəxsi təsərrüfatlarda, istərsə də bələdiyyə mülkiyyətlərində olan meyvə bağları sahələrində yetişdirilmiş məhsulu satmaq üçün emal müəssisəsi olmadığından rayon əhalisi çətinlik qarşısında qalırdı. Əhali ilə görüşlərdə qaldırılmış bu məsələnin həlli ilə əlaqədar aidiyyatı dövlət qurumları qarşısında məsələ qaldırılaraq həllinə nail olunmuşdur. Hazırda, rayonda mədəni, cır meyvələrin tədarükü və emalı ilə məşğul olan yeni “Limonad, su, kompot və mürəbbə sexi” tikilmiş və yaxın günlərdə istifadəyə veriləcəkdir. Sex 1 saat ərzində 1500 ədəd limonad, 2000 ədəd meyvə şirəsinin istehsalı gücünə malikdir. Eyni zamanda, sexdə qazlı və qazsız su istehsal olunacaqdır. Meyvələrin qəbulu üçün qəbul məntəqəsi yaradılmışdır ki, burada gün ərzində 10 ton meyvə qəbul etmək mümkündür. Müəssisənin istifadəyə verilməsi əhalinin məşğulluğunu artıracaq, yeni iş yerlərinin yaradılması istiqamətində əhəmiyyətli rol oynayacaqdır.
Rayonda idmanın kompleks inkişafı, gənclərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları müasir “İdman kompleksi”nin tikintisi üçün sərəncam vermiş və artıq tikintiyə başlanılmışdır. Bundan əlavə, rayonda cüdo və güləş “idman zalının” tikintisi üçün torpaq sahəsi ayrılmış və zəruri sənədlər Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə göndərilmişdir.
Yardımlı şəhərinin və eləcə də digər yaşayış məntəqələrinin 24 saat içməli su ilə təmin olunması daim diqqətdə saxlanılmışdır. Artıq bu istiqamətdə Yardımlı şəhərinə su və kanalizasiya xətlərinin çəkilməsi işləri davam etdirilir. Hazıra kimi, 31 km su və 10,5 km kanalizasiya xətti çəkilmişdir. Yəni su çəkilişi üzrə ümumi işin 56%-i, kanalizasiya çəkilişi üzrə işin 23%-i icra olunmuşdur. Su çəkilişi başa çatdırıldıqdan sonra Yardımlı şəhər sakinləri 24 saat işməli su verilişi ilə təmin olunacaqdır. Kəndlərdə əhalinin içməli suya olan tələbatının ödənilməsi də mühüm məsələ kimi daim diqqətdə saxlanılmışdır. Belə ki, əhalisinin sayı 14 min nəfər olan 18 kəndin içməli su tələbatının təmini məqsədilə Viləş çayının Qaraqaya qolundan, “Sineyir” adlanan ərazidən həmin kəndlərə işməli su çəkilişi məsələsi “Azərsu” ASC qarşısında qaldırılmış və müsbət nəticə əldə olunmaqla tikintiyə başlanılmışdır. Su mənbəyindən 8 km məsafəyə - Osnakəran kəndinə artıq su xətti çəkilmiş və 500 tonluq anbar inşa olunmuşdur. Hava şəraiti ilə əlaqədar işlər müvəqqəti olaraq dayandırılmışdır. Rayonun Odrağaran kəndində subartezian quyu qazılmış və həmin kəndin 35 abonentinə çəkilərək istifadəyə verilmişdir.
Yardımlı Elektrik Şəbəkəsi rayonunun 7958 əhali abonenti olmaqla, ümumilkdə 8386 abonenti elektrik enerjisi ilə təmin edir. Əhalinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə rayon elektrik şəbəkəsi Yeni\Yardımlı, Ərus və Sığnə yarımstansiyalarında və onlardan qidalanan xətlərdə təmir işləri aparmışdır. Ötən dövrdə ümumilikdə, 14 ədəd sıradan çıxmış transformator yenisi ilə əvəz olunmuşdur. Bundan əlavə olaraq, Sığnə Yarımstansiyasında zədələnmiş 1600 KVA transformator yenisi ilə əvəz olunmuşdur. Ərus Y\ST-da 1 ədəd yeni tipli yağ açarı quraşdırılmışdır. 247 ədəd qüsurlu sayğac yenisi ilə əvəz olunmuşdur. Şəbəkədə yaradılmış növbətçilik əsasında xətlərdə baş vermiş qəzalar vaxtında aradan qaldırılmışdır. Yardımlı şəhərinin görkəminə xələl gətirən elektrik dirəkləri yenisi ilə əvəz olunmuş, elektrik naqilləri kabellərlə əvəz olunuşdur. Yardımlı-Masallı-Lerik 110\35 KV-luq yüksək gərginlikli hava elektrik xətti ötən ilin noyabr ayında dövriyyəyə qoşularaq rayonda dayanıqlı elektrik verilişi təmin edilmişdir.
Hesabat dövrü ərzində abunəçilərin fasiləsiz, təhlükəsiz qaz təminatı diqqət mərkəzində saxlanılmış, heç bir bədbəxt hadisə qeydə alınmamışdır.
2013-cü ildə rayonda yaşayış məntəqələrinin qazlaşması sahəsində bir sıra işlər görülmüşdür. Belə ki, Bilnə, Bozayran, Qabaqdibi, Mişkireyin, Vəlixanlı, şəhərin Ünəç küçəsinə yəni, ümumilkdə 657 abonentə təbii qaz verilməklə abonentlərin sayı 1895-ə çatdırılmışdır. Ba da rayon üzrə 23% və ya 10 yaşayış məntəqəsinin qazlaşması deməkdir. Bundan əlavə olaraq Yardımlı şəhərində yeni inşa olunan “Heydər Əliyev Mərkəzi”nə və Akademik Zərifə xanım Əliyeva adına körpələr evi – uşaq bağçasına təbii qaz verilmişdir. Dövlət Sosial Müdafiə Fondu rayon şöbəsi, Mərkəzi Kitabxana sisteminin binasının, Tarixdiyarşünaslıq muzeyinin binasının, Polis şöbəsinin yeni binasının, Köryədi və Bozayran orta məktəblərinin qazlaşdırılması üçün müvafiq sənədləşmə işləri aparılmışdır.
Hazırda, şəhərin Daşkənd küçəsinin və Urakəran kəndinin qazlaşdırılması işləri davam edir. Rayon qaz isitismar sahəsi verilən tapşırıqları vaxtında icra etmiş, rayonun abadlıq, quruculuq işlərində fəal iştirak etmişdir.
Rayonda yolların təmiri, yeni yolların və avtomobil körpülərinin tikintisi istiqamətdə təxirəsalınmaz tədbirlər görülmüşdür. Daxili imkanlar və Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin, eləcə də 44 saylı yol istismar idarəsinin köməkliyi hesabına ümumi uzunluğu 12 km olan Ostayir, Əfçədulan, Hamarkənd-Abasabad, Dəlləkli, şəhərin Məharət Mirzəyev küçəsi, Horavar, Alçabulaq, Şəfəqli-Cerimbel kənd avtomobil yolu çınqıl örtüklə təmir olunmuş, Çayüzü kəndində mərkəzi yolun 1,2 kilometr hissəsi asfalt örtüklə təmir edilmişdir. Bozayran-Bürzümbül kəndləri arasında mövcud suötürücü qurğunun yağış suları nəticəsində sıradan çıxmış hissəsi tam bərpa edilmiş və əhalinin rahat gəliş-gedişi təmin olunmuşdur. Urakəran-Qaraqaya, Çayüzü-Peştəsər və Yardımlı-Dəlləkli avtomobil yolunda iri həcimli suötürücü qurğu quraşdırılmış və avtomobillərin rahat gəliş –gedişi təmin olunmuşdur. Rayonumuzun Allar kəndi və Lerik rayonunun Bülüdül kəndi arasındakı 3 km məsafədə və Şovut-Telavar-Gölyeri-Bərcan-Şıxlar kəndlərini birləşdirən, uzunluğu 15 km olan avtomobil yolu, Şəfəqli-Gilar kəndlərini birlşdirən və uzunluğu 3 km olan olan avtomobil yolu ağır texnika ilə genişləndirilərək təmir olunmuşdur. Ümumilikdə, rayonda bir il altı ay ərzində 62 km avtomobil yolu çınqıl örtüklə, 76 km avtomobil yolu genişləndirilərək təmir olunmuşdur.
Uzun illər Sırıq və Horavar kəndləri arasında Viləş çayı üzərində körpünün tikintisi nəzərdə tutulsa da, körpünün quraşdırılması mümkün olmamışdı. Lakin rayon icra hakimiyyətinin daxili imkanları hesabına yük götürmə qabiliyyəti 30 ton olan körpü inşa olunaraq əhalinin istifadəsinə verilmişdir. Hansı ki, bu körpü 7 yayayış məntəqəsi üzrə 6000-ə yaxın əhalinin istifadəsindədir. Bu körpünün xidmətindən qonşu Lerik rayonunun da bir çox kəndinin sakinləri istifadə edirlər. Əlavə olaraq, rayon icra hakimiyyəti və Urakəran bələdiyyəsinin birgə köməkliyi ilə əhalisinin sayı 6000 nəfər olan və 7 yaşayış məntəqəsini birləşdirən Urakəran kəndində Viləş çayı üzərində eni 6 metr, uzunluğu 12 metr olan körpü tikilərək istifadəyə verilmişdir. Kəndin digər körpüsü təmir olunmuşdur. Teşkan kəndində də yük həcmi kiçik olan avtomobillər üçün körpü istifadəyə verilmişdir.
Masallı-Yardımlı avtomobil yolunun 48, 49 və 50-ci km-də, Yardımlı –Deman-Arvana avtomobil yolunun 2-ci km-də yol genişləndirilmiş, dəmir betondan ibarət istinad divarı hörülmüş, iri həcimli suötürücü qurğu quraşdırılmışdır.
Rayon İcra Hakimiyyətinin daxili imkanları hesabına ötən müddətdə rayonun Osnakəran kəndində 96, Peştəsər kəndində 64,Qaraqaya kəndində 96 nömrəlik yeni EATS tikilərək istifadəyə vermişdir. Osnakəran kəndində tikilmiş EATS-in daxili şəbəkəsi abonentlər üçün hazır vəziyyətə gətirilmiş və 71 abonentə telefon xətti çəkilmişdir. Qaraqaya kəndində EATS-in quraşdırılması ilə əlaqədar Qaraqaya ilə Qovşaq arasında 7 km Fibro-optik kabel asılmış, 70 abunəçi EATS-ə qoşulmuşdur. Peştəsər kəndində mantaj tutumu 80 yerlik olan EATS istifadəyə quraşdırılmış, birləşdirici xətt kimi “Radio-Rele” qurulmuş, 34 abonentə rabitə xətti çəkilmişdir.
Hesabat ilində internet portlarının sayı 864-ə, geniş zolaqlı internet istifadəçilərinin sayı 606 abonentə çatdırılmışdır. Bunlardan, 532-si əhali abonentləridir. Hazırda, Avaş, Şəfəqli, Perinbel, ÇayÜzü, Hamarkənd, Abbasabad, Anzov, Qabaqdibi, Nisəqala, Bürzünbül və Sırıq kənd sakinlərinə internet xidmətləri göstərilir. Kürəkçi kəndində sürətli internetin istifadəyə verilməsi üçün Şəfəqli-Kürəkçi kəndləri arasında hazırda fibrooptik kabel çəkilir.
Qovşaq 2013-cü ildə 236 min 400 manata qarşı 238 min 525 manat vəsait əldə edilmiş və plan 101% icra edilmişdir. Kənd EATS-lərin sayı artırılaraq 19-dan 21-ə, telefon abunəçilərinin sayı 4263-ə çatdırılmışdır, 2012-ci illə müqayisdə 77 abonet çoxdur.
Yardımlı Poçt Filialı üçün də ötən il uğurlu il olmuşdur. 2013-cü il ərzində tarif gəliri proqnozu 72 min manata qarşı 73 min 100 manat 101,5 % yerinə yetirilmişdir.
2013-cü ildə rayon üzrə 84 milyon 668 min manatlıq ümumi məhsul istehsal olunmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,8 % çox, 2003-cü illə müqayisədə 9,3 dəfə çoxdur. Adambaşına düşən məhsul istehsalı 2003-cü illə müqayisədə 3,4 dəfə artaraq 1 min 356 manat olmuşdur. Bu müddətdə 609 min 900 manatlıq sənaye, 29 milyon 672 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuş, əhaliyə 43 milyon 700 min manatlıq ticarət, 1 milyon 174 min manatlıq nəqliyyat, 269 min manatlıq rabitə xidməti göstərilmiş, 9 milyon 243 min manatlıq tikinti işləri həyata keçirilmişdir. Rayon üzrə 2013-cü ildə əsas kapitala yönəldilən investisiyaların həcmi 24 milyon 441 min manat təşkil etmişdir ki, bu da 2003-cü illə müqayisədə 99 dəfə çoxdur. 2013-cü ildə rayon üzrə orta aylıq əmək haqqı 2003-cü illə müqayisədə 4,2 dəfə artaraq 277,4 manata çatmışdır.
Rayon üzrə bu müddətdə əsas kapitala yönəldilən investisiyaların həcmi 24 milyon 441 min manat təşkil etmişdir ki, bu da 2003-cü illə müqayisədə 98,5, 2012-ci ilə müqayisədə 2,3 dəfə artıqdır.
Hesabat dövründə rayonun büdcəsinə nəzarət diqqətdə saxlanılmışdır. Rayon üzrə proqnozlaşdırılmış gəlirlər mərkəzləşdirilmiş resurslar üzrə 11 milyon 283 min manata qarşı, 11 milyon 280 min manat, yerli gəlirlər 1 milyon 799 min manata qarşı 1 milyon 862 min manat və ya 104 %, ümumilikdə büdcə gəlirləri 13 milyon 142 min manat və ya 100,4 % icra olunmuşdur. Rayon büdcəsinin 2013-cü ildə dürüstləşmiş xərcləri 13 milyon 441 min manata qarşı, 12 milyon 802 min manat icra olmuşdur ki, bu da proqnozun 96,2 % yerinə yetirilməsi deməkdir.
Xərclərin kəsrlə yerinə yetirilməsinin əsas səbəbi büdcə təşkilatlarında vakant olan vəzifələr hesabına olmuşdur. Rayonun yerli xərcləri 2003-cü illə müqayisədə 4 dəfə, 2012-ci illə müqayisədə isə 1 milyon 400 min manat artmışdır.
Ölkədə sahibkarlığın inkişaf etdirilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi iqtisadi siyasətin əsas istiqamətlərindəndir. Rayonumuzda da sahibkarlığın inkişaf etdirilməsi üçün hüquqi bazanın möhkəmləndirilməsi, onlara hərtərəfli dəstəyin verilməsi istiqamətində ötən ildə bir sıra işlər görülmüşdür. Ticarətlə və kənd təsərrüftı ilə məşğul olan şəxslərə torpaq sahələri ayrılmış, İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən rayon sahibkarları ilə görüş təşkil olunmuş və 81 layihə üzrə 659 min manat güzəştli kreditlər verilmişdir. Rayonda sahibkarlara hər cür dəstək göstərilir, onların iş fəaliyyətinin daha da genişləndirilməsi üçün heç bir maneə yoxdur. Ötən müddətdə rayonda sahibkarlığın inkişafına xüsusi diqqət yetirilmiş, onların fəaliyyəti üçün bütün lazımi şərait yaradılmışdır. 233 fiziki və 34 hüquqi şəxs sahibkarlıq subyekti kimi qeydiyyatdan keçmiş və bununla da rayon üzrə sahibkar subyektinin sayı 1628 olmuşdur ki, bu 2012-ci illə müqayisədə 1,2 dəfə çoxdur. Bu dövrdə rayonda sahibkarlıq subyektləri tərəfindən 82 milyon 128 min manatlıq məhsul istehsal olunmuşdur ki, bu da istehsal olunmuş ümumi məhsulun 97 faizini təşkil edir. Bu nəticə 2003-cü illə müqayisədə 9,2 dəfə, 2012-ci illə müqayisədə 1,1 dəfə çoxdur. Sahibkarlar tərəfindən istehsal olunmuş kənd təsərrüfatı mallarının satışı üçün müvafiq yerlər ayrılmışdır. Məhz bu qayğının nəticəsidir ki, şəhər və kəndlərdə sahibkarlıq fəaliyyəti ilə məşğul olanların sayı artmışdır.
Sahibkarlığı inkişaf etdirmək məqsədi ilə 10 nəfər vətəndaşa müsabiqə yolu ilə 3,62 ha, 1 vətəndaşa müsabiqə yolu ilə 10 ha torpaq sahəsi icarəyə verilmişdir. Eyni zamanda, Yardımlı rayon İcra hakimiyyəti başçısının Sərəncamı ilə 9 vətəndaşa Dövlət mülkiyyətinə aid torpaq sahəsindən - yay otlaq sahəsindən və sərhəd daxilindən 764 ha torpaq sahəsi icarəyə verilmişdir.
“Torpaqlardan istifadəyə və onların mühafizəsinə Dövlət nəzarəti” haqqında Azərbaycan Respublikası Prezidentinin 29 noyabr 2000-ci il tarixli 422 nömrəli fərmanına uyğun olaraq tərəfimizdən torpaqlardan təyinatı üzrə istifadə vəziyyəti yerində araşdırılarkən 70 nəfər vətəndaşın torpaqlardan təyinatı üzrə istifadə etməməsi aşkar olunmuş və həmin vətəndaşlara xəbərdarlıq məqsədi ilə bildiriş verilmişdir.
Rayonumuzda iqtisadiyyatın əsasını kənd təsərrüfatı təşkil edir, əhalinin əksəriyyəti heyvandarlıq və əkinçiliklə məşğul olurlar, bu da rayon əhalisinin gəlir mənbəyi hesab olunur. Kənd təsərrüfatının inkişafı məqsədilə rayon icra hakimiyyəti aidiyyati təşkilatlarla birgə əhali arasında marifləndirmə işləri aparır və müvafiq köməkliklər göstərilir. Məhz bunun nəticəsidir ki, kənd təsərrüfatının inkişafı hər il artımla müşayiət olunur.
2013-cü ildə rayonda mal-qaranın sayı 28 min 97 baş və davarların sayı isə 80 min 618 baş olmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 264 baş mal –qara, 660 baş davar çoxalmışdır. Məhz bunun nəticəsidə 35 min 212 sentner ət və 154 min 571 sentner süd, 6 milyondan çox yumurta, 1 min 410 sentner yun istehsal olunmuşdur. 2012-ci illə müqayisədə ət istehsalı 6 min 410, süd istehsalı 10 min 425 sentiner, yumurta istehsalı 10 min ədəd, yun istehsalı 43 sentner artmışdır.
Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənablarının imzaladığı 23 yanvar 2007-ci il tarixli sərəncamının icrası ilə əlaqədar rayon üzrə kənd təsərrüfatı məhsullarının yetişdirilməsi və becərilməsi ilə məşğul olan məhsul istehsalçılarına dövlət büdcəsinin hesabına yardımların ödənilməsi təmin olunmuş və buğda istehsalçılarının sayı artmışdır. Belə ki, 2007-ci ildə payız əkini sahəsi 1 min 126 hektar olmuş, 2013-cü ildə isə payız əkini 3 min 334 hektara çatdırılmışdır. Bu sahədə Nazirlər Kabinetinin 15 fevral 2007-ci il tarixli 32 saylı qərarında nəzərdə tutulmuş qaydalara əsasən hər ərazi üzrə kənd komissiyaları yaradılmış, nazirlik tərəfindən forma və blanklar gətirilərək məsul istehsalçılarına verilmişdir. Bu sahədə görülmüş işlər rayon komissiyasında mütəmadi olaraq müzakirə olunmuş, kənd ərazi komissiyalarına əkin sahələrinin ölçülməsində və ərizələrin qəbulunda tam şəffaflığın həyata keçirilməsi tapşırığı verilmişdir. Bundan əlavə olaraq bu məsələ şura yığıncaqlarında müzakirə olunmuş və aidiyyəti üzrə tapşırıqlar verilmişdir. 2013-cü ildə yanacaq və sürtkü materialına görə 1 min 437 məhsul istehsalçısına 3 min 920 hektar sahə üçün 156 min 811 manat subsidiya ödənilmişdir. 2013-cü ildə 4 min 76 hektar sahədə 78 min 841 sentner taxıl istehsal edilmişdir.
2013-cü ilin payız və 2014-cü ilin məhsulu üçün cari ildə 1 min 128 istehsalçıya 3 min 153 hektar sahə üçün 126 min 90 manat subsidya ödənilməsi barədə kənd ərazi komissiyaları tərəfindən sifariş olunmuş, müvafiq sənədələr Respublika komissiyasına təqdim edilmişdir.
Möhtərəm Prezidentimizin 25 dekabr 2013-cü il tarixli Sərəncamı kənd təsərrüfatı məsulları istehsalçılarına kənd təsərrüfatı texnikası ilə təminatına əlavə dəstək vermişdir.
Rayonumuzda “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinın Yardımlı “Aqroservis” filialı 2006-cı ilin avqustunda yaradılmışdır. Müəssisənin balansında 12 adda kənd təsərrüfatı təmayüllü texnikalar vardır. Hal-hazırda servisdə 5 ədəd təkərli şum traktorları vardır ki, bunların nəticəsində şum işləri vaxtında aparılmışdır. Rayonda tırtıllı traktor olmadığından dağ ətəyində əkin sahələrində şum işlərinin aparılmasında çətinliklər yaranmışdır. Rayonda ümumilkdə 7 ədəd kombayn vardır, onlardan 3-ü istismar müddətini başa vurmuşdur. Taxıl sahələri ilbə-il artdığı üçün mövcud olan texnikalar azlıq təşkil edir. Kombayn çatışmazlığı ilə bağlı rayon rəhbərliyi Aqrolizinq Açıq Səhmdar Cəmiyyətinın qarşısında məsələ qaldırmış, cəmiyyətin hesabında SK-5 NİVA kombaynı olmadığından, 2014-cü il üçün 2 ədəd kombayının aqroservis filialına verilməsi nəzərdə tutulmuşdur.
“Kənd təsərrüfatı və ərzaq məhsullarının bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasdı Prezidentinin 16 yanvar 2014-cü il tarixli Sərəncamının icrası ilə bağlı rayonda yüksək məhsuldarlığın təmin edilməsi, kənd təsərrüfatının gəlirli sahələrinin inkişaf etdirilməsi, fermerlərə Dövlət dəstəyinin daha səmərəli təşkili və ərzaq təhlükəsizliyinə nail olunması məhsul istehsalçısından istehlakçıya çatdırılması mərhələsində mövcud maneələrin aradan qaldırılması, ərzaq bazarında süni qiymət artımın qarşısının alınması istiqamətində tədbirlər aparılır və bu sərəncamın icrası daim nəzarətimizdə saxlanılır.
İl ərzində Sahibkarlarımızın kənd təsərrüfatı məhsullarının satışı yarmarkalarında iştirakları tərəfimizdən təmin olunmuşdur. Belə ki, Bakı şəhərində keçirilən yarmarkada yüksək keyfiyyətə malik olan 1 ton bal və arı məhsullarının satışı həyata keçirilmişdir ki, bu da 2012-ci illə müqayisədə 250 kiloqram çoxdur.
Hörmətli yığıncaq iştirakçıları!
Əhalinin sosial müdafiəsi, aztəminatlı ailələrə qayğı göstərilməsi diqqətdə saxlanılan ən vacib məsələlərdən biri olmuş, yaxın yaşayış məntəqələrinin hamısında əmək haqlarının, pensiya və müavinətlərin ödənişi plastik kartlara keçirilmişdir. 2013-cü ilin ötən dövrü ərzində rayon icra hakimiyyəti tərəfindən təxminən 2 min 565 nəfər Böyük Vətən müharibəsi iştirakçısı və veteranına, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, Çernobıl əlillərinə və sosial müdafiəsi zəif olan digər əhali təbəqəsinə 106 min 200 manatlıq ərzaq yardımı, bu qəbildən olan 175 nəfərə 17 min manat pul yardımı göstərilmişdir. Bundan əlavə, sosial vəziyyəti ağır olan insanlara 12 tona yaxın sement, 15 min ədəd mişar daşı, 200 ədəd şifer və digər tikinti materialları verilmişdir. Qeyd edim ki, bu qəbilədən olan insanlar daim rayon icra hakimiyəti və aidiyyati təşkilatların diqqətindədir. Əlavə olaraq bildiririk ki, rayon ərazisində müxtəlif vaxtlarda baş vermiş torpaq sürüşmələri, sel suları və digər səbəblər nəticəsində vətəndaşların fərdi yaşayış evlərinə ciddi ziyan dəymiş, 50 fərdi yaşayış evinin yenidən tikintisi üçün aidiyyatı üzrə məsələ qaldırılmış, həlli istiqamətində müvafiq işlər görülür.
Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən də əhaliyə sosial xidmətin səviyyəsi yaxşılaşdırılmışdır. Belə ki, ötən il ərzində 4 min 185 nəfərə 2 milyon 382 min 334 manat məbləğində sosial müavinət, 1 min 275 ailənin 7 min 12 nəfər üzvünə 1 milyon 354 min 383 manat məbləğində Ünvanlı Sosial Yardım ödənilmişdir. Bu da hər bir ailəyə ayda 125 manat deməkdir. Ödənişlər plastik kart vasitəsilə ilə “Kapital Bank”ın Yardımlı rayon filialı tərəfindən ödənilmişdir. Ünvanlı sosial yardım təyin olunanlar, ümumilikdə, rayon əhalisinin 11%-ni təşkil edir.
Dövlət Sosial Müdafiə Fondu rayon şöbəsi tərəfindən proqnoz tapşırıqları vaxtında icra olunmuşdur. Proqnoz tapşırıqlar 2 milyon 538 min 300 manat olmuşdur ki, bunun da 2 milyon 330 min manatı büdcədən maliyyələşən, 208 min manatı qeyri-büdcə təşkilatlarının payına düşür. O cümlədən, büdcə təşkilatları üzrə 2 milyon 174 min mant, qeyri büdcə təşkilatları üzrə 204 min manat icra olunmuşdur. Bu da proqnoz tapşırığı üzrə 93,7 % təşkil etmişdir. İl ərzində əmək pensiyalarının məbləği 2 dəfə artırılmış, yəni pensiyanın sığorta hissəsi 01 yanvar tarixdən bazar qiymətlərinə uyğun inflyasiya nəzərə alınaraq artırılmış, baza hissəsi 01 sentyabr tarixdən 100 manata çatdırılmışdır. Hazırda əmək pensiyalarının təyin olunmasının asanlaşdırılması və əhalinin rahatlığı üçün avtomatlaşdırılmış təyinat sisteminə keçirilməsi istiqamətində işə başlanılmışdır. Rayon üzrə pensiyaya olan tələbat 12 milyon 836 min 900 manat olmuş, ödəmə faizi 100% təşkil etmişdir.
“Kapital Bank” ASC-nin Yardımlı rayon filialında 2013-cü il ərzində gəlir proqnozu 383 min 246 manat, xərc proqnozu 288 min 005 manat, mənfəət proqnozu 60 min 413 manat planlaşdırılmış, 714 min 265 manat gəlir əldə edərək gəlir proqnozunu 187% icra etmişdir. Filialda 4 ədəd bankomatla 6 min 796 nəfər Dövlət Sosial Müdafiə Fondunun pensiyaçısına, 3 min 874 nəfər Əhalinin Sosial Müdafiəsi Mərkəzinin sosial pensiyaçısına və 1 min 334 nəfər Ünvanlı sosial yardım alanlara, 4 min 414 nəfər əmək haqqı alanlara, 1 min 152 nəfər kənd təsərrüfatı məhsulları istehsalçılarına plastik kartla xidmət göstərilmişdir.
01 iyun 2012-ci il tarixdən Azərbaycan Respublikasi Prezidentinin “Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi haqqında” 14 mart 2012-ci il tarixli Fərmanına uygun olaraq 2012- 2013-cü ilərdə 2 min 180 nəfər əmanətçiyə 772 min 650 manat Fərdi Birdəfəlik Ödəmə ödənilmişdir.
Əhalinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması istiqamətində görülmüş işlərin nəticəsidir ki, bu gün bütün kənd yaşayış məntəqələrimizə elektrik enerjisinin verilməsi 24 saata çatdırılmışdır. Elektrik Şəbəkəsi üzrə ötən müddətdə istehlakçılara 16 milyon 986 min 635 kvt\saat elektrik enerji verilmiş, şəbəkə tərəfindən 771 min 999 manat vəsait toplanmış və ümumilkdə plan 76%, əhali sektoru üzrə 68% icra olunmuşdur.
Ötən İl ərzində 1 milyon 848 min 608 m3 təbii qaz alınmış və ondan 1 milyon 710 min 375 m3 –u istehlakçılara satılmışdır. O cümlədən, 1 milyon 575 min 684 m3 –i əhali abonentlərinə, 134 min 691 m3 –i isə müəssisə və təşkilatlara çatdırılmşdır. Hesabat dövrü ərzində əhali sektorunda 158 min 51 manat ödəniş edilərək, plana 100,3 %, təşkilatlar üzrə isə 12 min 588 manat ödəniş edilərək, plana 93,5 % əməl olunmuşdur. Təbii qaz itkisi norma həddində olmuşdur.
2003-2013-cü illərdə yeni müəssisələrin yaradılması hesabına rayon üzrə 4 min 177 yeni iş yerləri açılmışdır ki, onlardan da 2 min 980-i daimi iş yerləridir. 2013-cü ildə 334 yeni iş yeri yaradılmışdır ki, onlardan 294-ü daimi iş yerləridir. Bu da 2012-ci illə müqayisədə 2,2 dəfə çoxdur.
01 yanvar 2014-cü il tarixə Yardımlı rayonunun ümumi əhalisinin sayı, 62 min 400 nəfərdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 613 nəfər artım deməkdir.
Hörmətli tədbir iştirakçıları!
Ötən müddətdə rayon üçün ənənəvi hal alan məktəb və bağça tikintisi sürətlə davam etdirilmiş, 2 məktəb binası – 220 şagird yerlik Alçabulaq və Avaş məktəbləri tikilərək və 55 yerlik 1 uşaq bağçası əsaslı təmir olunaraq istifadəyə verilmişdir. Hazırda, 220 yerlik Ostayir, 360 şagird yerlik Zevin, 180 şagird yerlik Anzov, 80 şagird yerlik Zenqaran, Solqard və Fındıqlı Qışlaq məktəblərində və 55 yerlik Yolocaq uşaq bağçasında tikinti işləri davam etdirilir. Tikilən məktəblərdə müasir tədris metodlarının tətbiqi üçün bütün şərtlər nəzərə alınır, idman zalları inşa olunur.
Bununla da 2009-2013-ci ilin müvafiq dövrünə kimi yeni inşa edilərək istifadəyə verilən məktəblərin sayı 16-ya çatmışdır. Bundan əlavə olaraq 120 şagird yerlik Qaraqaya, 220 şagird yerlik Çayüzü, 180 şagird yerlik Urakəran və Şəhər 3 saylı məktəblərin tikintisinə başlanılmış, hava şəraiti ilə əlaqədar tikinti işləri müvəqqəti olaraq dayandırılmışdır.
2012/2013-cü tədris ilində buraxılış imtahanlarında 1030 nəfər IX sinif şagirdinə, 727 nəfər XI sinif şagirdinə orta məktəbi bitirdiyinə görə atestat verilmişdir. 2012/2013-cü dərs ilinin yekununa görə tam orta təhsil üzrə attestat alan 727 nəfərdən 256 nəfəri ali məktəblərə qəbul olmaq üçün Tələbə Qəbulu Dövlət Komissiyasına sənəd vermiş, onlardan 106 nəfəri, yəni, atestat almış məzunların 14,6%-i ali məktəblərə qəbul olmuşdur. Onlardan 16 nəfəri qızlardır ki, bu da 2012-ci illə müqayisədə qızların sayının 4 nəfər çox olması deməkdir. Orta məktəbi əvvəlki illərdə bitirmiş daha 49 nəfər məzun da ali məktəblərə qəbul olunmuş, beləliklə, 2013-cü ildə ali məktəblərə qəbul olanların sayı 155 nəfərə çatmışdır. 5 nəfər məzun 600-dən yuxarı, 10 nəfər məzun isə 500-dən yuxarı bal toplamışlar. Tərəfimizdən Ali məktəblərə qəbul olmuş tələbələrlə görüş küçirilmiş, 500-dən çox bal toplamış tələbələrə nootbuk kompüterləri, 500-ə qədər bal toplamış tələbələrə isə pul mükafatı verilmişdir.
Fənlər üzrə keçirilən olimpiadaların respublika turunda şagirdlərimiz fəal iştirak edərək kimya fənni üzrə Həsənov Rakif Savalan oğlu II yerə, biologiya fənni üzrə Abdulova Aynur Araz qızı və Əkbərli Pərviz Azər oğlu IV yerə layiq görülmüşlər.
Şəfəqli kənd tam orta məktəbin müəllimi Qənbərov Həbib Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə “Əməkdar müəllim” adına layiq görülmüşdür.
Məktəblərin İnformasiya və Kommunikasiya Texnologiyaları ilə təminatı diqqətdə saxlanılmış, məktəblərə 14 ədəd kompyuter vəsaitləri verilmişdir ki, bu da rayon üzrə 22 şagirdə 1 kompüterin düşməsi deməkdir.
Tədris ilində 52 nəfər gənc müəllim işə qəbul olunmuş və hər biri lazimi dərs saatı ilə təmin olunmuşdur.
2013-ildə mədəniyyət müəssisələrinin də iş fəaliyyətinin yaxşılaşdırılması məqsədilə bir sıra işlər görülmüşdür. Belə ki, müəssisələrin maddi-texniki bazası yaxılaşmış, klub və kitabxanalar, mədəniyyət evləri lazımi inventar və avadanlıqlarla, səsgücləndirici aparatlarla təmin olunmuşdur. Rayon uşaq musiqi məktəbi, rayon kinoteatr binası, tarix-diyarşünaslıq muzeyi, Urakəran və Sırıq kənd klubunda xırda təmir işləri aparılmış, Heydər Əliyev Mərkəzi üçün yeni bina tikilib istifadəyə verilmiş, əhalinin istirahəti üçün gözəl park salınmışdır.
Ötən hesabat ilində mədəniyyət və turizm şöbəsi rayonda keçirilən mədəni-kütləvi tədbirlərin təşkilatçısı olmuş, tədbirlərdə əsasən yerli kollektivlərin iştirakı təmin olunmuşdur.
Rayonda fəaliyyət göstərən 4 turizm obyektlərinin fəaliyyəti istiqamətlənmiş, turistlərə xidmət yaxşılaşmışdır. Çari ildə rayona turist gəlişi 1950 nəfər təşkil etmişdir. Hazırda rayonun Dəryavar kəndi ərazisində, Masallı-Yardımlı avtomobil yolunun 45-ci kilometriyində müasir otel tikilir ki, bu da rayona turist axınına səbəb olacaqdır.
Səhiyyənin yaxşılaşdırılması ilə əlaqədar bir sıra işlər görülmüşdür. Hal-hazırda rayon üzrə şəkərli diabet xəstəliyinə görə 516 nəfər,vərəm xəstəliyinə görə 105 nəfər, onkoloji xəstəliklərə görə 186 nəfər, böyrək çatışmazlığına görə 13 nəfər, ruhi-əsəb xəstəliklərinə görə 561 nəfər, hemofiliya xəstəliyinə görə 6 nəfər, talassemiya xəstəliyinə görə 10 nəfər dispanser qeydiyyatındadır. İl ərzində bütün imtiyazlı qrup xəstələrə 90 min 625 manat məbləğində dərman preparatları və sarğı materialları verilmişdir. Xəstəxanalarında 1 min 391 xəstə stasionar müalicə edilmiş, 147 xəstə üzərində müxtəlif cərrahi əməliyyatlar icra edilmiş və bu əməliyyatlardan sonra ölüm hadisəsi qeydə alınmamışdır. Ötən dövr ərzində bütün tibb müəssisələrinə 231 min 515 ambulator müraciət olmuşdur. Təcili tibbi yardım şöbəsinə 7 min 953 müraciət olmuş və 8 min 421 nəfərə vaxtında müvafiq yardım göstərilmişdir.
Hamilə qadınlara və uşaqlara göstərilən tibbi xidmətin səviyyəsi də yüksəlmişdir. Doğuşların təqribən 80%-i stasionara cəlb edilmiş, uşaqlar arasında peyvənd işi 96,3% təşkil etmişdir. Ötən il ərzində ana ölümü qeydə alınmamış, 0-1 yaş uşaqlar arasında 4 ölüm hadisəsi qeydə alınmışdır. Əhali arasında, xüsusilə uşaqlar arasında təhlükəli infeksiyalar qeydə alınmamışdır.
Xəstəxanaya müraciət etmiş 35 xəstə müvafiq yardım göstərildikdən sonra Bakı şəhərinə ixtisaslaşdırılmış xəstəxanalara göndərilmişdir. 23 aprel 2013-cü il tarixində Hematologiya və Transfuriologiya İnstitutunun əməkdaşlarının iştirakı ilə keçirilən qanvermə aksiyasında 125 nəfər könüllü qan vermişdir.
Kadrların peşə hazırlığına da diqqət artırılmış, 8 nəfər təkmilləşmə kursu keçmiş və 2 nəfər Səhiyyə Nazirliyi tərəfindən keçirilən sertifikasiya imtahanını uğurlu vermişdir. Ötən il ərzində rayon üzrə 2 həkim və 7 orta tibb işçisi işə qəbul edilmişdir.
Rayonda gənclərlə iş və idman sahəsində də işlər uğurla icra olunmuşdur. İdarə öz işini yeniyetmə və gənclər arasında Heydər Əliyev irsinin öyrənilməsi, onların təlim-tərbiyəsinin yüksəldilməsi, vətənpərvərlik ruhunda tərbiyə olunması, intellektual və bilik potensialının artırılması, müasir informasiya və komminikasiya texnologiyalarından istifadə, fiziki sağlamlığının möhkəmləndirilməsi, idmanın kütləviliyinin artırılması istiqamətində tədbirlər planı hazırlanmış və bu istiqamətdə tədbirlər keçirilmiş, qaliblərin zona və respublika yarışlarında iştirakı təmin olunmuşdur.
2013-cü il ərzində gənclər siyasəti üzrə 30 adda 32 tədbir, idman sahəsində 26 adda 28 tədbir və bu tədbirlərdə, ümumilikdə, 6000 nəfərə yaxın yeniyetmə və gənc iştirak etmişdir. Rayondan kənarda isə gənclər siyasəti üzrə 11 zona və respublika tədbirində 101 nəfərin, idman tədbirləri üzrə isə 12 zona və respublika tədbirində 122 nəfərin iştirakı təmin edilmişdir.
Respublika idman yarışlarında iştirak edən idmançılarımız 2 qızıl və 1bürünc medallar qazanmışlar. Son illər rayonun 14 ərazisində məktəblərlə yanaşı, idman zalının tikilməsi, idman kompleksinin tikintisi idmanın kütləviliyinin artmasına geniş imkan yaradacaqdır.
Hörmətli tədbir iştirakçıları!
Heydər Əliyev Mərkəzinin işinin təkmilləşdirilməsi ilə əlaqədar hazırlanmış Konsepsiyaya uyğun olaraq rayon icra hakimiyyətində 15 nəfərdən ibarət komissiya yaradılmış, komissiya tərəfindən Ulu Öndər Heydər Əliyevlə görüşmüş insanlar barədə məlumatlar toplanaraq xüsusi material hazırlanmış və muzeyə təqdim olunmuşdur. Mərkəzin nəzdində “Gənc Heydərçilər” Klubu yaradılmışdır ki, klub Ulu Öndər Heydər Əliyev ideologiyasının təbliğində fəal iştirak edir. İl ərzində Mərkəzə ziyarətçilərin kütləviliyi artmış, yetişməkdə olan gənc nəslin vətənpərvərlik və dövlətçilik ruhunda tərbiyə olunması üçün tədbirlər həyata keçirilmişdir. Ötən dövrdə Heydər Əliyev Mərkəzinə ümumtəhsil məktəblərindən şagirdlərin və eləcə də, idarə və müəssisələrdən 5000 nəfərin, 3500 nəfər fərdi gələnlərin ziyarəti təşkil edilmiş, Yeni Azərbaycan Partiyasına yeni daxil olan üzvlərə mərkəzdə partiya biletləri təqdim olunmuş, 25 adda məruzə və mühazirə oxunmuş, 8 sərgi təşkil edilmişdir. Mərkəzdə eksponatların sayı 2013-cü ildə 126-ya çatdırılmışdır.
Rayon üzrə mövcud 15 siyasi partiyanın yerli təşkilatından Yeni Azərbaycan Partiyasının 2986 nəfər, digər 14 partiyaların, ümumilikdə, 275 üzvü vardır. Digər partiyaların rayon ərazisində sosial bazası cox zəifdir, hər hansı bir kütləvi tədbir keçirmək və ictimai siyasi vəziyyətə təsir etmək gücləri yoxdur. 15 siyasi partiyanın yerli təşkilatlarının hər birinin fəaliyyəti üçün lazımi şərait yaradılmış, müraciət edən partiyalar iş otaqları ilə təmin olunmuşlar.
Rayonda 62 məscid fəaliyyət göstərir. 11 Dini icma rəsmi qeydiyyatdan keçmişdir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Cənub şöbəsi və Qafqaz müsəlmanları İdarəsinin Cənub bölgəsi üzrə Qazisi və səlahiyyətli nümayəndəsinin iştirakı ilə birgə tədbirlər keçirilmiş, tədbirdə rayonun dindarları, ağsaqqalları, ictimaiyyətin nümayəndələri iştirak etmişlər. Keçirilən tədbirdə digər məsələlərlə yanaşı, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn vəzifələr ətraflı izah olunmuş, bu istiqamətdə qarşıda duran vəzifələr müəyyən edilmişdir. Rayonda ictimai-siyasi və dini durumdakı vəziyyət tam sabitdir. Kütləvi narahatçılıq yaradacaq hər hansı məsələ yoxdur.
“Dövlət və din” jurnalı, “Cəmiyyət və din” qəzetinin bütün nüsxələrinin alınaraq dini icmalara və əhaliyə çatdırılması təmin edilmişdir.
Rayonun mətbuat orqanı olan “Zirvə” qəzetində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin, rayonumuzda sosial -iqtisadi inkişafın konkret nəticələri barədə, milli mənəvi dəyərlərin təbliği, ümumilikdə, rayonda həyata keçirilən bütün tədbirlər ilə bağlı materiallar ardıcıl olaraq dərc olunur.
RİH Başçısının 14 may 2010-cu il tarixli, 35 saylı sərəncamı ilə yaradılmış təbliğat qrupu mütəmadi olaraq yerlərdə olur, Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin fəaliyyəti, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi daxili və xarici siyasət xəttinin uğurlu icrası istiqamətində Respublikamızda və rayonumuzda həyata keçirilən tədbirlər və qazanılmış müvəffəqiyyətlər, Ölkə Başçısının qəbulları, iştirak etdiyi tədbirlər, çıxışlarının əsas xülasələri, Cənab Prezidentin səfərləri, təsdiq etdiyi Sərəncam, Qanun və Fərmanlar barədə əhaliyə geniş məlumat verilir.
2013-cü ildə gənclərin ordu sıralarına çağırılması işi də uğurla icra olunmuşdur. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası vətəndaşlarının 2013-cü ilin yanvar, aprel, iyul, oktyabr aylarının 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında” müvafiq sərəncamlarına uyğun olaraq 1995-ci ildə doğulmuş və çağırış gününədək 18 yaşı tamam olmuş, habelə 1978-1994-cü illərdə doğulmuş, yaşı 35-dək olan vətəndaşlar müddətli həqiqi hərbi xidmətə göndərilmişlər.
Yardımlı rayon İcra Hakimiyyəti Başçısının müvafiq sərəncamlarına əsasən 2013-cü il ərzində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı rayon bölməsi tərəfindən siyahı üzrə 397 çağırışçı müddətli həqiqi hərbi xidmət keçmək üçün göndərilmişdir. Ailə, sağlamlıq, təhsilinə görə və digər qanuni əsaslarla möhlət hüququ olan 335 nəfər çağırışçılara həqiqi hərbi xidmətə çağırışdan möhlət verilmişdir. Çağırışçıların həqiqi hərbi xidmətə göndərilməsi mütəşəkkil keçirilmişdir.
Rayon Polis şöbəsi d\ il ərzində öz işini günün tələbləri səviyyəsində qura bilmişdir. Belə ki, 2013-cü il ərzində rayon ərazisində 32 cinayət hadisəsi qeydə alınmış, 7 cinayət hadisəsi bağlı qalmış, 25-i açılmış, аçılma 78,1% təşkil etmişdir. 2012-ci illə müqayisədə 2013-cü il ərzində cinayətlərdə 28 fakt və ya 46,7% azalma qeydə alınmışdır. Bağlı qalmış cinayət faktlarının hamısı narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılmış işlər nəticəsində ayrılmış mənbələrə görədir. Hesabat dövründə inzibati ərazidə qəsdən adam öldürmə, banditizm, adamları girov götürmə, adam oğurluğu kimi xüsusi ilə ağır cinayət hadisələri qeydə alınmamışdır.
Sevindirici haldır ki, bu müddətdə korrupsiya və rüşvətxorluqla bağlı rayonun inzibati orqanlarında heç bir cinayət hadisəsi qeydə alınmamışdır.
Sonda hesabat yığıncağının iştirakçıları və rayon ictimaiyyəti adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edildi.