Şriftin ölçüsü :

Saytın rəngi :

“5 mart – Bədən Tərbiyəsi və İdman Günü” qeyd olundu

06 mart 2014 | 16:00

 

05 mart 2014-cü il tarixdə  Bədən tərbiyəsi və İdman günü münasibətilə tədbir keçirildi.Tədbirdə Yardımlı rayon Gənclər İdarəsinin rəisi Anar Alışov çıxış edərək bildirdi ki, Ölkə başçısı cənab İlham Əliyevin  Bədən tərbiyəsi və idman gününün təsis etməsi-dövlətin digər sahələr kimi bədən tərbiyəsi və idman sahəsinə göstərdiyi diqqət və qayğının bariz nümünəsidir.İdarə rəisi Rayon rəhbərliyinin köməyi ilə yaradılan şəraitdən, eləcədə idmançılarının əldə etdiyi nailiyyətlərdən danışdı.İl ərzində qazanılan uğurların sayının artması və idmançıların nailiyyətlərinin çoxalmasını müsbət amil kimi qiymətləndirdi.
        Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov idmançı və məşqçi heyətini Bədən tərbiyəsi və İdman günü münasibətilə təbrik edərək ən xoş arzularını çatdırdı.Rayon rəhbəri bildirildi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 04-mart 2005-ci il tarixli Sərəncamı ilə “5 mart-Bədən tərbiyəsi və idman günü”nün təsis edilməsi, Dövlətin digər sahələr kimi bədən tərbiyəsi və idman sahəsinə göstərdiyi diqqət və qayğıdan, Ulu Öndər Heydər Əliyevin idman sahəsində gördüyü əvəzsiz işlərdən və onun layiqli davamçısı, Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bu siyasətin uğurla davam etdirilməsindən, eləcədə Rayon idmançıları üçün yaxın zamanlarda tikiləcək İdman kompleksi haqqında məlumat verdi.Daha sonra çıxış edənlər də respublikada idmana göstərilən diqqət və qayğıdan danışdılar.Vurgulandı ki, rayonlarda idman komplekslərinin tikilib istifadəyə verilməsi idmanın inkişafına dahada stimul verir.
           Tədbirin sonunda rayonun idman həyatında fəal iştirak edənlər fəxri fərman və hədiyyələrə layiq görüldü.Tədbir konsert proqramı ilə davam etdi.

Keçidlər