8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş bayram tədbiri keçirilmişdir
07 mart 2014-cü il tarixdə Şəhər 1-saylı tam orta məktəbində 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilmişdir. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə qadınları təbrik edərək bildirdi ki, müstəqil Azərbaycanda cəmiyyətimizin bütün sahələrində qadınların əməyi hiss olunur. Cəmiyyətimizin bərabərhüquqlu üzvləri kimi onların gördükləri böyük işlər danılmazdır.
Qadın anadır, qadın tərbiyyəçidir.
Heç təsadüfi deyildir ki, insanlarımızın cəmiyyətdə formalaşması məhz qadınların fədakar əməyi ilə bağlıdır. Bu gün Heydər Əliyev Fondunun Prezidenti, Millət vəkili Mehriban xanım Əliyevanın Azərbaycan və dünya arenasında həyata keçirdiyi uğurlu tədbirlər Azərbaycan qadınının necə böyük bir istedada və gücə malik olduğunun əyani göstəricisidir. Rayonumuzun qadınları da bu baxımdan, rayonun ümumi inkişafında öz səy və bacarığını əsirgəmir, üzərinə düşən vəzifələri ləyaqətlə icra edirlər.
Bu əziz bayram günündə, təntənəli yığıncaqda iştirak edən qadınlarımızı, eləcə də onların simasında rayonumuzun bütün qadınlarını təbrik etdi, onlara ən xoş arzularımızı bildirdi.
Daha sonra rayonun ictimai-siyasi həyatında fərqlənən qadınların bir qrupuna qiymətli hədiyyələr təqdim olundu.
Tədbir konsert proqramıilə davan etdi.