“Yardımlı şəhərində məktəbin gigiyenik şəraitinin yaxşılaşdırılması” layihəsi üzrə qrant müqaviləsi imzalanmışdır.
“Yerli İdarəetməyə Yardım” İctimai Birliyinin təşəbbüsü, Yaponiyanın Azərbaycandakı Səfirliyinin mailyyə dəstəyi ilə şəhər 1 saylı və Köryədi kənd tam orta məktəblərdə sanitar-gigiyenik şəraitin yaxşılaşdırılmasına yönəlik layihənin həyata keçirilməsi üçün “Yerli İdarəetməyə Yardım” İctimai Birliyinin ilə Yaponiyanın Azərbaycandakı Səfirliyi arasında imzalanma mərasimi keçirildi. Mərasimdə Yaponiyanın Azərbaycandakı Fövqaladə və Səlahiyyətli Səfiri Tsuguo TAKAHASHI, “Öt Kökləri və İnsan Təhlükəsizliyi” Proqramının koordinatoru, Yaponiyanın Azərbaycandakı Səfirliyinin nümayəndəsi Xanım Fumie SUGIYAMA, UNICEF-in Azərbaycandakı rəhbəri Mark HEREWARD, “Yerli İdarəetməyə Yardım” İctimai Birliyinin sədri Vüsal MİRZƏYEV və KİV –i iştirak etdi. Mərasimdə çıxış edən Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşi Qrant Yardımı Proqramı çərçivəsində Azərbaycanda, o cümlədən Yardımlı rayonunda həyata keçirilən layihələr barədə məlumat vermişdir. Qeyd edilmişdir ki, indiyədək rayonda bu layihə də daxil olmaqla, 3 layihə üzrə qrant müqaviləsi imzalanmışdır. 2003-cü ildə Ərsilə kəndində məktəb binasının tikintisi, 2004-cü ildə ilkin tibbi yardım vasitələrinin təkmilləşdirilməsi məqsədilə qrant ayrılmışdır.
Tədbirin sonunda rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov mərasimdə çıxış edərək yerli əhəmiyyətli sosial məsələlərin həllinə göstərilən yardıma görə Yaponiya hökumətinə minnətdarlığını bildirmişdir.