Novruz bayramı münasibəti ilə Yardımlıda ümumrayon şənliyi keçirilmişdir
17 mart 2014-cü il tarixdə rayonun Mədəniyyət və İstirahət parkında “Novruz” şənliyi qeyd olundu.Tədbirdə rayon icra hakimiyyətinin başçısı, hüquq mühafizə orqanlarının rəhbərlərinin, idarə, təşkilat və müəssisələrin əməkdaşlarının, ağsaqqalların, ziyalıların, ictimaiyyət nümayəndələrinin iştirakı ilə ümumrayon şənliyi keçirilmişdir.
Yardımlı Rayon İcra Hakimiyyəti başçısı Sevindik Hətəmov tədbir iştirakçılarını və rayon əhalisini bayram münasibəti ilə təbrik etmiş, ötən Novruz bayramından bəri rayonda görülmüş tikinti-quruculuq işlərini, əldə olunan nailiyyətləri qeyd etmişdir. Bildirmişdir ki, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və bu gün cənab Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin uğurlu icrasının nəticəsidir ki, ölkəmiz sürətlə inkişaf edir. Rayonumuz gündən-günə inkişaf edir, gözəlləşir. Əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, yeni iş yerlərinin yaradılması məqsədi ilə Yardımlı şəhərində və ərazilərdə tikinti-quruculuq, abadlıq işləri, yaşayış məntəqələrinə qaz xətlərinin çəkilməsi davam etdirilmişdir. Bundan sonra da əhalinin həyat səviyyəsinin, sosial rifah halının yaxşılaşdırılması, tikinti-quruculuq işlərinin daha da genişləndirilməsi istiqamətində tədbirlər davam etdiriləcəkdir. Tədbir musiqi sədaları altında bayram tonqalının alovlandırılması ilə davam etdirilmiş və Novruzun rəmzi olan Kosa və Keçəlin iştirakı ilə qədim xalq rəqsləri nümayiş etdirilmişdir.
Bayram tədbirində rayon mədəniyyət işçiləri rəngarəng musiqi nömrələri ilə konsert proqramı nümayiş etdirilmişdir.
Novruz bayramı münasibəti ilə həmçinin rayon icra hakimiyyətinin başçısı adından rayondakı şəhid ailələrinə, Böyük Vətən müharibəsi və Qarabağ müharibəsi əlillərinə, eləcə də imkansız ailələrə bayram sovqatı paylanmışdır.