Şriftin ölçüsü :

Saytın rəngi :

İdmançılarla görüş

04 aprel 2014 | 15:00

 

03 aprel 2014-cü il tarixdə Yardımlı rayon İcra Hakimiyyəti Başçısı cənab Sevindik Hətəmovun Yardımlı rayon Taekvando idman növü üzrə “Pumse Respublika Çempionatı və Birinciliyi”nin qalibləri ilə görüşü keçirilmişdir. Görüşdə  çıxış edən rayon icra hakimiyyətinin başçısı  idmançı və məşqçini  təbrik edərək ən xoş arzularını çatdırdı.Rayon rəhbəri bildirildi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə   digər sahələr kimi bədən tərbiyəsi və idman sahəsinə göstərdiyi diqqət və qayğıdan, Ulu Öndər Heydər Əliyevin idman sahəsində gördüyü əvəzsiz işlərdən və onun layiqli davamçısı, Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bu siyasətin uğurla davam etdirilməsindən, eləcədə Rayon idmançıları üçün yaxın zamanlarda tikiləcək İdman kompleksi haqqında məlumat verdi. Vurgulandı ki, rayonlarda idman komplekslərinin tikilib istifadəyə verilməsi idmanın inkişafına dahada stimul verir.
           Tədbirin sonunda Taekvando idman növü üzrə “Pumse Respublika Çempionatı və Birinciliyi”nin qaliblərə  Rayon İcra Hakimiyyəti Başçısı tərəfində pul mükafatları verildi.

 

Keçidlər