Şriftin ölçüsü :

Saytın rəngi :

Gənclərin həqiqi hərbi xidmət yolasama mərasimi keçirildi.

09 aprel 2014 | 15:00

 

Aprelin 8-də Gənclər parkında  Müharibə veteranları, ictimaiyyətin nümayəndələri, valideynlər, gənc çağırışçıların hərbi xidmətə yolasalınma mərasiminə toplaşmışdılar. Tədbirdə çıxış edən Yardımlı Rayon  İcra Hakimiyyətinin Başçısı Sevindik Hətəmov  çağrışçıları təbrik edərək Milli Ordu quruculuğunda ulu Öndər Heydər Əliyevin müstəsna xidmətlərini qeyd etdi, Ali Baş Komandan İlham Əliyev tərəfindən ordumuzun möhkəmləndirilməsi, zabit və əsgərlər üçün yaratdığı şərait barədə geniş məlumat verdi. Vətəni təcavüzkarlardan müdafiə edən əsgərlərimizin yenilməzliyindən mərdlik və şücaətindən, gənc əsgərlər qarşısında duran vəzifələrdən danışdı, onlara xidmət müddətində nizam-intizamlı olmağı, komandirlərin bütün əmr və tapşırıqlarını layiqincə icra etməyi tövsiyə etdi.
     Gənc çağırışçılar Azərbaycan Bayrağının altından keçərək vətənə sədaqətlə xidmət edəcəklərinə söz verdilər,  Milli Ordu sıralarına fərəhlə yollandılar.

Keçidlər