Qələbənin 69-cu Ildönümünün qeyd olundu
09 may 2014-cü il tarixdə rayonun Çayüzü kəndində cari ildə əsaslı təmir olunan Böyük Vətən Müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidə kompleksi önündə Alman Faşizmi üzərində qələbənin 69-cu Ildönümünün qeyd olunması ilə bağlı tədbir keçirildi.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov veteranları bayram münasibətilə təbrik etmiş, II dünya müharibəsində bəşəriyyətin üzləşdiyi dəhşətli hadisələrin aradan qaldırılmasında 600 mindən çox soydaşımızın iştirakını xüsusi vurğulamışdır. Natiq Ümummilli Lider Heydər Əliyevin veteranlara göstərdiyi diqqət və qayğıdan ətraflı bəhs edərək, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirmişdir.
Sonra çıxış edən veteranlar öz xatirələrindən söz açmış, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.
Tədbirin sonunda veteranlara maddi yardım göstərilmişdir.
Tədbir nahar süfrəsi arxasında davam etmişdir.