Gənclər parkında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci Ildönümü münasibətilə konsert proqramı keçirildi.
Gənclər parkında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci Ildönümü münasibətilə ümümrayon tədbir keçirildi. Tədbiri rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov açaraq məruzə ilə çıxış edərək vurğulamışdır ki, Heydər Əliyev dünyanın nadir, unikal, seçilən siyasət adamı idi. O, dünya siyasətinə təsir etmək gücündə olan lider idi. O, tək Azərbaycan səviyyəsində deyil, keçmiş ittifaq səviyyəsində, hətta Qərb miqyasında sözünün keçəri, təsiri, çəkisi olan lider idi. Bu dahi insan tarixi yazan və yaradan, onu yönəltməyi və fövqündə durmağı bacaran, dövlət idarəçiliyi və siyasət elminin qrosmeysteri, öz fəaliyyəti ilə siyasi prosesləri iradəsinə tabe etdirən, diktə edən nadir şəxiyyətlərdən biri idi. O, analitik düşüncə tərzi ilə, çətin vəziyyətlərdə soyuqqanlılığını saxlamaq məharəti ilə, yüksək intellekti, dünya mədəniyyətinə bələdçiliyi ilə ətrafdakıları heyrətləndirirdi. Heydər Əliyev idarəetmənin ustadı, siyasətin kamil bilicisi kimi bütün dünyada məşhur idi. Ulu Öndərimizin bu nüfuzu onun xalq və ölkə qarşısındakı əvəzsiz xidmətləri, nəsillərə nümunə ola biləcək həyat fəaliyyəti, iti düşüncəsi, əqidə və məsləki ilə, habelə rəhbərliyi dövründə Azərbaycanın demokratiya və müstəqillik yolunda atdığı uğurlu addımları ilə bağlıdır.
Ümummilli liderin formalaşdırdığı və inkişaf etdirdiyi Azərbaycançılıq fəlsəfəsi Azərbaycanın müasir dünyada yerini müəyyən etdi, milli dövlətçiliyimizin ideya əsasına çevrilərək dünya Azərbaycanlılarının həmrəyliyi üçün möhkəm zəmin yaratdı.
Tədbir Gənclər parkında Respublikanın tanınmış incəsənət xadimlərinin iştirakıilə konsert proqramı ilə davam etdi.