Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun Zövün kəndində yeni məktəb binası istifadəyə verildi.

15 may 2014 | 15:00

 

         14  may 2014-cü il tarixdə  360 sagird yerlik Zövün  kənd tam orta məktəbinin açılış tədbiri keçirildi. Məktəb iki mərtəbədən ibarət olmaqla 18 sinif otağı və digər xidmət sahələrindən ibarətdir. Məktəbin müasir idman zalı inşa olunub istilik sistemi quraşdırılmışdır.
           Məktəbin tikintisinə 2012-ci ilin oktyabr ayında  başlanmış, müasir standartlara cavab verən avadanlıqlarla təhciz olunmuşdur.Tikinti işləri “Reyhan” MMC tərəfindən həyata keçirilmişdir. Tədbirdə  çıxış edənlər ölkəmizdə təhsilin inkişafına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə və təhsil işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılmasına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
         Rəmzi qırmızı lent kəsildikdən sonra mərasim iştirakçıları məktəbdə yaradılan şəraitlə yaxından tanış olmuşlar.

Keçidlər