Əfqanıstan döyüşlərində iştirak etmiş veteranlarla görüş keçirildi
Rayon icra hakimiyyəti başçısının, hüquq mühafizə orqanlarının rəhbərlərinin iştirakı ilə keçmiş sovet Ordusu sıralarında Əfqanıstan döyüşlərində iştirak etmiş veteranlarla görüş keçirildi.
Tədbiri çıxış edən rayon icra hakimiyyəti başçısı Sevindik Hətəmov Əfqanıstan döyüşlərinin bitməsinin 25-ci ildönümü münasibəti ilə keçmiş döyüşçüləri təbrik etdi. Bildirdi ki, həmin müharibədə Azərbaycandan da 8 minə yaxın əsgər və zabit iştirak etmişdir. Onlardan 219 nəfəri həlak olmuş, 7 nəfəri itkin düşmüş, 4500 nəfəri əlil olmuşdur. Onlardan 4500 nəfəri Azərbaycan müstəqillik qazandıqdan sonra Milli Ordumuzun tərkibində torpaqlarımızın müdafiəsində iştirak etmiş, 76 nəfəri şəhid olmuş, 6 nəfər i itkin düşmüş, 45-i əlil olmuşdur. Ümummilli lider Heydər Əliyevin çağırışı ilə könüllü olaraq ön cəbhəyə yollanıb erməni daşnaklarına qarşı mübarizə aparan Əfqanıstan veteranlarından 7 nəfəri döyüşlərdə göstərdiyi şücaətə görə Milli Qəhrəman adına layiq görülmüş, 37 nəfəri “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmişdir.
Sizlərin bu qəhrəmanlığınız, şücaətiniz həmişə xalqımızın Ümummilli Lider Heydər Əliyev tərəfindən yüksək qiymətləndirilmişdir. Bu gün cənab Prezidentimiz də bu siyasəti uğurla davam etdirir. Məhz onun tapşırığı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən “Əfqanıstan döyüşlərinin bitməsinin 25 illiyi” yubiley medalı hazırlanmışdır. Mən sizi bu yubiley medalı ilə təltif edilməyiniz münasibəti ilə təbrik edirəm, cansağlığı və uğurlar arzulayıram.