Yardımlı rayonunda 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş tədbir keçirildi
17 iyul 2014-cü il tarixdə saat 10:30-da Nizami adına kinoteatrın zalında 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş tədbir keçirildi. Tədbirdən öncə Heydər Əliyev parkında Ulu Öndərin abidəsi ziyarət olundu və önünə gül dəstələri qoyuldu.Tədbirdə rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, ərazi nümayəndələri, bələdiyyələr və ictimaiyyətin nümayəndələri olmaqla 220 nəfər iştirak etdi.
Tədbiri giriş sözü ilə rayon icra hakimiyyəti başçısı Sevindik Hətəmov açaraq bildirdi ki, rayonumuz 2014-cü ilə böyük uğurla başlayaraq son altı ay ərzində bir çox işlər görülmüşdür. Tikinti-abadlıq-quruculuq işləri, yerli əhəmiyyətli avtomobil yollarının çəkilişi və körpülərin inşası, eyni zamanda, digər infrastruktur layihələrinin icrası sürətlə həyata keçirilməkdədir.
Bildiyiniz kimi, Yardımlı şəhərində su və kanalizasiya xətləri çəkilir, ona görə də şəhərin digər küçələrində abadlıq işləri su və kanalizasiya xətlərinin çəkilişi başa çatdırıldıqdan sonra aparılacaqdır. Qeyd edim ki, şəhərin mövcud 22 küçəsində, ümumi uzunluğu 45 km yolun asfaltlaşdırılması məsələsi Azərbaycan Respublikası Nazirlər Kabineti qarşısında məsələ qaldırılmış və müsbət həll olunmuşdur.
Şəhərin Əsədabad və Ünəç küçələri arasında, Viləş çayı üzərində yalnız piyadaların istifadəsində primitiv formada olan körpü uzun müddət istifadə olduğundan tam qəzalı vəziyyətdə idi. Sakinlərin müraciəti nəzərə alınaraq daxili imkanlar hesabına uzunluğu 19 m, eni 2,6 m və yükgötürmə qabiliyyəti 30 t, kiçik tutumlu maşınlar üçün müasir avtomobil körpsü inşa olunmuş və əhalinin istifadəsinə verilmişdir. Hansı ki, bu körpüdən 3 minə yaxın əhali istifadə edir.
19 may 2014-cü ildə Yardımlı-Bozayran-Bürzünbül avtomobil yolunun 1-km-lik hissəsində, Viləş çayı üzərində quraşdırılmış körpü yüksək tonajlı maşının keçməsi səbəbindən tamamilə yararsız vəziyyətə düşmüşdü. Lakin, bu yoldan əhalinin çox hissəsinin istifadə etdiyini nəzərə alaraq daxili imkanlar hesabına uzunluğu 12 m, eni 6 m və yükgötürmə qabiliyyəti 100 tona yaxın körpü qısa bir müddətdə tikililərək istifadəyə verildi və avtomobillərin gəliş-gedişi tam təmin olundu.
Əlavə olaraq Yardımlı-Hamarkənd avtomobil yolnun 2-ci km hissəsində, Viləş çayı üzərində daxili imkanlar hesabına yükgötürmə qabiliyyəti 100 ton olan körpünün inşasına başlanılmışdır. Körpünün uzunluğu 22 m, eni isə 6 metrdir. Qeyd edim ki, bununla da, rayonda son iki ildə tikilən körpülərin sayı 5-ə, yolarda quraşdırılmış iri və kiçik tutumlu suötürücülərin sayı təxminən 200-ə çatmışdır.
Rayonda mədəni kütləvi tədbirlərin təşkili, əhalinin istirahəti məqsədilə Gənclər parkında Açıq hava teatrı tikilmiş və rayon üzrə bütün tədbirlərin bu parkda keçirilməsi nəzərdə tutulmuşdur.
Rayonun “Biləzəmi” adlanan ərazsində Heydər Əliyev Fondunun hesabına 55 yerlik uşaq bağçasının tikintisinə başlanılmış və 2014-cü ilin sentyabr ayında istifadəyə verilməsi planlaşdırılmışdır. Heydər Əliyev küçəsində, Kiləğori adlanan sahdə rayon icra hakimiyyəti üçün də müasir mümarlıq üslubunda, bütün funksionallıq nəzərə alınmaqla inzibati bina inşa olunacaqdır. Tikintiyə yaxın günlərdə başlanılacaqdır.
Şəhər əhalisinin istifadəsində olan “Əlyar” bulağı sel suları və baxımsızlıq nəticəsində dağılmış, istifadəsiz hala düşmüşdü. Bulaq kompleksinin rayon əhalisi üçün tarixi əhəmiyyətini nəzərə alaraq tamamilə yenidən, müasir zövqə uyğun olaraq tikilib istifadəyə verilmişdir. Şəhərdə mövcud yas mərasim evi də yenidən tikilmişdir.
Quruculuq-abadlıq işləri rayonun digər yaşayış məntəqələrində də icra olunmuşdur. Çayüzü kəndində 1941-1945-ci illərdə həlak olmuş həmyerlilərimizin xatirəsinə ucaldılmış abidə kompleksi sökülərək müasir üslübda yenidən inşa olunuraq 9 may tarixində - “qələbə günü” istifadəyə verilmişdir.
Ölkə prezidenti İlham Əliyev cənablarının idmana və idmançılara diqqət və qayğısı sayəsində respublikamız idman ölkəsinə çevrilmiş, bu istiqamətdə bir çox inkişaf etmiş ölkələri geridə qoymuşdur. Cənab Prezidentin bu istiqamətdə yorulmaz əməyi Dünyada ilk dəfə olaraq keçiriləcək Avropa Olimpiya oyunlarının Bakıda keçirilməsinə şərait yaratdı. Əlbəttə ki, Azərbaycan idmanına rayonumuzun idmançılarının da töhfəsi olmuşdur. İdmançılarımız Ölkəmizin idman bayrağını yüksəklərə qaldırmışlar. Bildirim ki, may ayında İstanbulda keçirilən Avropa birinciliyində rayonumuzun idmançısı Valeh Sahratlı 1-ci yerə layıq görülmüşdür. Respublikamızın bütün bölgələri kimi Yardımlı rayonunda da Ölkə Prezidentinin sərancamı ilə ötən ilin sonlarında müasir idman kompleksinin tikintisinə başlanılmış və 2015-ci ildə istifadəyə veriləcəkdir. Kompleksdə açıq şəraitdə mini futbol, voleybol və tenis üçün meydança, kompleksin daxilində güləş, boks və trinajor zalı, sahəsi 1824 kv.m olan 300 yerlik bütün növ tədbirlərin təşkili üçün idman zalı, 2 mərtəbədən ibarət 40 otaqlı 62 yerlik müasir otel binası da tikiləcəkdir. Burada respublika əhəmiyyətli idman yarışlarının təşkili və keçirilməsi mümkün olacaqdır. Əgər nəzərə alsaq ki, rayonumuzun idmançıları respublikada güclü idmançılar kimi tanınırdısa, idman kompleksinin istifadəyə verilməsindən sonra idman nailiyyətlərimiz daha da çox olacaqdır.
Bundan əlavə, rayonda idman qurğularının bütün ərazilərdə tikintisi istiqamətində işlər aparılır. Belə ki, cüdo və güləş “idman zalının” tikintisi üçün şəhərin “Biləzəmi” adlanan ərazisində torpaq sahəsi ayrılmış və zəruri sənədlər Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə göndərilmişdir.
Rayonumuzda bir çox tikililərlə yanaşı, Rayon Polis şöbəsinin də inzibatı binası uzun müddət istismarda olduğu üçün tam yararsız vəziyyətə düşmüşdür. Bu məqsədlə 2012-ci ildə rayon polis şöbəsi üçün müasir inzibatı binanın tikintisinə başlanılmış və aprel 2014-cü ildə istifadəyə verilmişdir. Burada şöbənin əməkdaşlarının iş fəaliyyəti üçün bütün növ şərait yaradılmışdır.
“31 mart Azərbaycanlıların Soyqırım” abidə kompleksi də yenidən bərpa olunmuşdur.
Nəzərinizə çatdırım ki, rayonumuzn relyefi dağlıq olduğu üçün uzun müddət yağan leysan yağışları, tez-tez baş verən sürüşmələr rayonda bir çox problemlər yaradır, təbii fəlakətlər kommunikasiya xətlərinə, yollara və istinad divarlarına ciddi ziyan vurur. Lakin, daxili imkanlar hesabına dəymiş ziyanların aradan qaldırılması üçün müvafiq işlər görülür. Masallı-Yardımlı avtomobil yolunun 51-ci kilometrliyində sel və qrunt sularının axması nəticəsində yolun 60 metr hissəsi uçmuş və avtomobillərin hərəkəti çətinləşmişdi. Qısa bir müddətdə yolun alt hisssəində beton monolit divar qurulmuş, avtomobillərin intensiv hərəkəti təmin olunmuşdur. Yolun həmin hisssinin asfaltlaşdırılması yaxın vaxtlarda başa çatacaqdır.
Rayonda avtomobil yollarının tikintisi, yeni yolların salınması daim diqqətdə saxlanılmışdır.
Azərbaycan Respublikasının Prezidenti Möhtərəm İlham Əliyev cənablarının sərəncamı ilə 13 min nəfər əhalinin yaşadığı 23 yaşayış məntəqəsini birləşdirən Yardımlı-Deman-Arvana avtomobil yolunun tikintisi üçün vəsait ayrılmış, yolun 20 km hissəsi asfaltlaşmış və 4 sentyabr 2013-cü il tarixdə İlham Əliyev cənablarının iştitakı ilə istifadəyə verilmişdir. Möhtərəm Prezidentin növbəti Sərəncamı ilə ayrılmış vəsait hesabına yolun qalan 18 km-lik hissəsi də əsaslı tikilərək Ulu Öndərin anadan olmasının 91-cı il dönümü münasibətilə istifadəyə verilmişdir.
10 sentyabr 2013-cü il tarixdə on min nəfər əhalinin, 12 yaşayış məntəqəsini birləşdirən Yardımlı-Hamarkənd–Abasabad avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan vəsait ayrılmışdır. Hazırda yolun asfaltlaşmasında son tamamlama işləri aparılır, daxili imkanlar hesabına Viləş çayı üzərində inşa olunan körpünün tikintisi başa çatdırdan sonra istifadəyə veriləcəkdir.
Əlavə olaraq əhalisinin sayı 6 min nəfər, 5 yaşayış məntəqəsini birləşdirən, uzunluğu 15 km olan yerli əhəmiyyətli Bozayran-Vərgədüz –Sırıq avtomobil yolunun tikintisi üçün də müvafiq sənədləşmə işləri aparılmış, 2014-cü ildə tikintisi planlaşdırılmışdır.
Pirembel avtomobil yolunun 2-ci kilometriliyində, Şəfəqli -Gərsava avtomobil yolunun 1-ci kilometriliyində sel sularının kəskin artması nəticəsində yolun bir hissəsi uçmuş və həmin hissədə avtomobillərin hərəkəti çətinləşmişdi. Bu məqsədlə icra hakimiyyətinin daxili imkanları hesabına yolun təmiri qısa zamanda başa çatdırılmış, hər iki yolda avtomobillərin maneəsiz hərəkəti təmin olunmuşdur.
Dəlləkli kəndində əhalini narahat edən məsələlərdən biri yolun 0,2 km hissəində iri həcimli suötürücü qurğunun quraşdırılması idi. Bu məqsədlə yolun həmin hissəsində iki dərə ağır texnika ilə qazılaraq birləşdirilmiş, suötürücü qurğu quraşdırılmış və avtomobillərin rahat gəliş-gedişi təmin olunmuşdur.
Yardımlı-Deman-Arvana avtomobil yolunda may-iyun aylarında yağan inentsiv leysan yağışları nəticəsində yolun 17-18- ci kilometrində, alt tərəfində bir neçə hissədə uçqunlar baş vermişdir. Həmin hissədə qısa müddətdə monolit beton dirəklərə bərkidilmə işləri aparıldı və yol əvvəlki vəziyyətinə gətirildi.
Uzunluğu 15 km olan Şovut-Telavar-Gölyeri-Şıxlar-Bərcan yerli əhəmiyyətli avtomobil yolu qreyderlə təmizlənərək bütün növ avtomobillərin normal gəliş-gedişi tənzimlənmiş, uzunluğu 3 km və Bürzünbüldən Yardımlı şəhərinə ən yaxın olan Köryədi-Bürzünbül avtomobil yolu eni 6 m olmaqla tam genişləndirilmişdir. Hazırda, Cerimbel-Abidinli yolu daxili imkanlar hesabına ağır texnika ilə genişləndirilir.
Möhtərəm Prezidentimizin göstərişi ilə əvəzsiz olaraq rayona verilmiş xüsusi təyinatlı texnikaların hesabına şəhərdə təmizlik işləri daha da gücləndirilmiş, yaşıllaşdırma idarəsi tərəfindən mövcud yaşıllıqların qorunmasına diqqət artırılmışdır.
Nəzərinizə çatdırım ki, Ölkə Prezidentinin 2014-cü ili “Sənaye ili” elan etməsi, rayonumuzun sürətli inkişafı bir sıra sahələrlə yanaşı, sənayenin inkişafı üçün də münbit şərait yaratmışdır. Hazırda, rayonda mədəni, cır meyvələrin tədarükü və emalı ilə məşğul olan yeni “Limonad, su, kompot və mürəbbə sexi” tikilmişdir. Sex 1 saat ərzində 1500 ədəd limonad, 2000 ədəd meyvə şirəsinin istehsalı gücünə malikdir. Burada gün ərzində 10 ton meyvə qəbul etmək mümkündür. Müəssisə artıq fəaliyyətə başlamış, 30-a yaxın sakin işlə təmin olunmuşdur. Müəssisənin gücü artıqca işçilərin də say tərkibi artacaqdır. Nəzərinizə çatdırım ki, Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən "Sənaye Məhəlləsi" layihəsi əsasında rayonun Çayüzü kəndi ərazisində Sənaye Məhəlləsinin yaradılması məqsədilə 2 hektar torpaq sahəsi ayrılmışdır. Sənaye Məhəlləsində pendir, qaynaq, avtomobillərin təmiri sexlərinin və digər sənaye müəssisələri tikiləcəkdir ki, burada da bir qrup əhalinin işlə təmin olunması həyata keçiriləcəkdir.
Rayonda əhalinin içməli suya olan tələbatının ödənilməsi, yəni əhalinin 24 saat içməli su ilə təmin olunması bizim prioritet istiqamətlərimizdən biridir. “Milli Su Təchizatı və Kanalizasiya xidmətləri üzrə İkinci Layihə” çərçivəsində Yardımlı şəhərinə ümumi uzunluğu 67 km su və 38 km kanalizasiya xətlərinin çəkilməsi işləri davam etdirilir, hazıra kimi 44,2 km su və 17 km kanalizasiya xətti çəkilmişdir. Yəni, su çəkilişi üzrə ümumi işin 65%-i, kanalizasiya çəkilişi üzrə işin 44%-i icra olunmuşdur. Su və kanalizasiya xətlərinin çəkilişi zamanı şirkətin yerli nümayəndələri tərəfindən əhaliyə məxsus mülkiyyətə, eləcə də kommunikasiya xətlərinə - qaz, su, elektrik və rabitə xətlərinə, yol kənarı istinad divarlarına ciddi ziyan vurulmuşdur. Bildirim ki, su və kanalizasiya xətlərinin çəkilişi zamanı işlər keyfiyyətsiz görülmüş və bu kimi hallar da haqlı narazılığımıza səbəb olmuşdur. Tərəfimizdən onlara qarşı ciddi iradlar bildirilmiş və rayondakı bütün rəhbər nümayəndə heyəti işdən kənarlaşdırılmış, işlərin görülməsi digər şirkətə həvalə olunmuşdur.
Kəndlərdə əhalinin içməli suya olan tələbatının ödənilməsi də mühüm məsələ kimi daim diqqətdə saxlanılmışdır. Belə ki, əhalisinin sayı 14 min nəfər olan 18 kəndin içməli su tələbatının təmini məqsədilə “Sineyir” adlanan ərazidən həmin kəndlərə işməli su çəkilişinə başlanılmışdır. Su mənbəyindən 8 km məsafəyə - Osnakəran kəndinə artıq su xətti çəkilmiş və 500 tonluq anbar inşa olunmuşdur. Osnakəran kəndindən Bürzünbül kəndi istiqamətində 3 km məsafədə plastik su boruları çəkilmişdir. Bu istiqamətdə İşlər davam edəcəkdir.
Mirimli kəndində də 40-a yaxın ev təsərrüfatının içməli su ilə təmin olunması üçün Rayon icra hakimiyyətinin daxili imkanları hesabına 3,5 km məsafədən, “soyuq bulaq” adlanan ərazidən 32 mm-lik boru ilə su xətti çəkilmiş və hazırda 20 təsərrüfat fasiləsiz olaraq bu sudan istifadə edir.
Nəzərinizə çatdırım ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mühəndis Geologiyası Ekspedisiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, 2014-cü ildə suların azalması ilə müşahidə olunacaq, su qıtlığı yaranacaqdır. Bu barədə məlumat Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq xəbərdarlıq məktubunda da əks olunmuşdur. Bununla bağlı rayonda əhalinin içməli su məsələsinin həlli üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Mühəndis Geologiyası Ekspedisiyası dəvət edilmiş və rayonun 12 kənd yaşayış məntəqəsində - Köryədi, Porsova, Şovut, Ərus, Sırıq, Bozayran, Yardımlı şəhər, Şəfəqli, Pirembel, Aşağı Astanlı, Kürəkçi və Vərgədüz kənd yaşayış məntəqələrində içməli suların axtarışı ilə əlaqədar kəşfiyyat işləri aparılır. Köryədi kəndində kəşfiyyat xarakterli qazılan 2 ədəd artezyan quyu əhalinin köməkliyi ilə istismar quyusu kimi istifadəyə verilmişdir. Digər kəndlərdə kəşfiyyat xarakterli qazılacaq quyulaın da istismar quyu kimi istifadəyə verilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabineti qarşısında məsələ qaldırılmışdır.
Ötən illərdə əksər kəndlərdə kənd bulaqları təmir olunaraq əhalinin istifadəsinə verilmişdir.
Rayonda yaşayış məntəqələrinin qazlaşması sahəsində bir sıra işlər görülmüşdür. Bu müddətdə 14 fərdi yaşayış evi qazlaşdırılmış və təbii qaz abonentlərinin sayı əhali sektoru üzrə 1908-ə, müəssisələr üzrə abonentlərin sayı 17-yə çatdırılmışdır. Bu da rayon üzrə 23% və ya 10 yaşayış məntəqəsinin qazlaşması deməkdir. Hazırda, şəhərin Daşkənd küçəsinin və Urakəran kəndinin qazlaşdırılması işləri davam edir.
Bundan əlavə, “Kapital Bank” Yardımlı filialının inzibati binasının, rayon Polis şöbəsinin yeni inzibati binasının, Arus kəndi ərazisində istifadəyə verilən Limonad, su, kompot və mürəbbə sexinin qazlaşdırılması təmin edilmişdir.
Yardımlı şəhərində aparılan abadlıq işləri ilə əlaqədar, lazım olan sahələrdə qaz xətlərinin yerinin dəyişdirilməsi, körpü tikintiləri aparılan ərazilərdə qaz xətlərinin kənarlaşdırılması Qaz İstismar sahəsi tərəfindən qısa müddətdə təmin edilmişdir. Hesabat dövrü ərzində abunəçilərin fasiləsiz, təhlükəsiz qaz təminatı diqqət mərkəzində saxlanılmış, heç bir bədbəxt hadisə qeydə alınmamışdır.
Yardımlı Elektrik Şəbəkəsi rayonunun 7 min 980 əhali abonenti olmaqla, ümumilkdə, 8 min 416 abonenti elektrik enerjisi ilə təmin edir. Əhalinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə xətlərdə təmir işləri aparmışdır. Ötən dövrdə yaşayış məntəqələrində sıradan çıxmış 4 ədəd transformator yenisi ilə əvəz olunmuşdur. Əhali ilə səyyar görüşlər zamanı rayonun Cerinbel kəndində və Gügavar kəndində elektrik təminatı ilə bağlı ciddi çətinliklərin olduğu məlum oldu. Bu məqsədlə Şirvan regional elektrik şəbəkəsi qarşısında məsələ qaldırıldı. Rayon icra hakimiyyətinin də köməkliyi ilə Cerinbel kəndində, kəndin digər hissəinə yeni 10 KV-luq xətt çəkildi və 100 KVA-lıq transformator quraşdırıldı, Gügavar kəndində isə 3 km məsafədə 3-cü faza çəkildi, eyni zamanda həmin 3 km-lik hissədə bütün hava xətləri yenisi ilə əvəz olundu.
Məlum olduğu kimi fevral və mart aylarında rayonda baş vermiş güclü külək rayonun elektrik təsərrüfatına ciddi ziyan vurmuş, 250-yə yaxın dayaq, 20 km məftil sıradan çıxmış, rayona elektrik verilişi tamamilə dayandırılmışdı. Lakin, rayon icra hakimiyyətində yaradılmış komissiya operativ işləyərək daxili imkanlar hesabına dayaqlar hazırlanmış, aidiyyatı üzrə kəndlərə göndərilmişdir. Eyni zamanda, əhalinin də könüllü olaraq bu qəzaların aradan qaldırılmasında mütəşəkkil iştirakı yaranmış qəzaların tez bir zamanda aradan qaldırılmasına nail olunmuş və yaşayış məntəqələri fasiləsiz elektrik enerji ilə təmin olunmuşdur.
Onu da nəzərinizə çatdırım ki, rayonda bütün sahələrdə işlər müsbət istiqamətdə inkişaf edir və nailiyyətlərimiz daha çoxdur. Yeganə olaraq bizi narahat edən məsələ elektrik təsərrüfatında qəzaların tez-tez olması, vaxında aradan qaldırılmaması, kollektivdə pərakəndəlik və elektrik sərfiyyatının yığım faizinin çox aşağı olması idi. lakin, elektrikə yeni təyin olunmuş rəhbərliyə tərəfimizdən müvafiq tapşırıqlar, tövsiyələr və köməkliklər göstərilməklə qeyd olunan problemlər qısa müddətdə aradan qaldırıldı və bu istiqamətdə rayonumuz respublikada ən yüksək pillədə qərarlaşdı. Son iki ayın yığım faizi buna əyani sübutdur.
Altı ay ərzində telekommunikasiya qovşağı da bir sıra işlər görmüşdür. Bu müddətdə Elektron ATS-lərin sayı 20-dən 22-yə, telefon abunəçilərinin sayı 41ədəd artaraq 4 min 300, sürətli internet istifadəçilərinin sayı 192 ədəd artaraq 737 olmuşdur ki, bunalrdan 663 əhali abonentidir.
Ötən dövr ərzində Elektrik Şəbəkəsi əhali sektoru üzrə planı 80 %, qaz istismar sahəsi 101%, Sukanal idarəsi 100%, Telekommunikasiya Qovşağı 96% icra etmişdir.
Hörmətli tədbir iştirakçıları!
2014-cü ilin birinci yarısında 2 kənd orta məktəbləri - 360 yerlik Zövün və 220 yerlik Ostayır kənd tam orta məktəblərinin möhtəşəm binaları tikilib şagird və müəllim kollektivlərinin istifadəsinə verilmişdir. Yaxın vaxtlarda Zenqaran, Solqard və Fındıqlı Qışlaq kənd məktəbləri üçün yeni tikilən binalar istifadəyə veriləcəkdir. Hazırda, rayonun Anzov, Çayüzü, Qaraqaya, Urakəran, Şəhər 3 saylı tam orta məktəblərində tikinti işləri sürətlə aparılır. Bununla da 2009-2014-ci ilin müvafiq dövrünə kimi istifadəyə verilən və ya hazırda yeni inşa edilən məktəblərin sayı 26-ya çatacaqdır.
Bu müddətdə məktəblərin maddi texniki bazasının yaxşılaşdırılması üçün ümumtəhsil məktəblərinə müasir avadanlıqlar, labaratoriya və dərs ləvazimatları, digər məktəb əşyaları verilmişdir.
2013-2014-cü təhsil ilində IX və XI siniflər üzrə buraxılış imtahanları ötən illə müqayisədə müvəffəqiyyətlə keçirilmişdir. Buraxılış imtahanlarının nəticələrinə görə IX siniflər üzrə müvafiq qiymətlər alanlar 72%, XI siniflər üzrə isə 84% təşkil etmişdir. Ötən ilin müvafiq dövrünə buraxılış imtahanlarının nəticələri IX sinflər üzrə 66%, XI siniflər üzrə 78% olmuşdur.
Rayon Mədəniyyət və Turizm şöbəsi mədəni kütləvi tədbirlərin keçiriməsi, musiqi müsabiqələrinin təşkili, gənc istedadların üzə çıxarılması, mədəniyyət müəssisələrində iş fəaliyyətinin yaxşılaşdırılması istiqamətində işlərini davam etdirmişdir.
Əhaliyə tibb xidmətinin göstərilməsində ciddi irəliyişə nail olunmuşdur. 449 xəstə stasionar müalicə edilmiş, 85 xəstə üzərində müxtəlif cərrahiyə əməliyyatı edilmiş, 24 xəstəyə müvafiq ilk tibbi yardım göstərilərək Bakı şəhərində ixtisaslaşdırılmış xəstəxanalara göndərilmişdir.
2014-cü ilin altı ayı ərzində rayon üzrə 35 milyon 299 min 600 manatlıq ümumi məhsul istehsal olunmuş, adambaşına düşən məhsul istehsalı 562 manat təşkil etmişdir. Bu müddətdə 310 min 500 manatlıq sənaye, 9 milyon 485 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuş, əhaliyə 23 milyon 320 min manatlıq ticarət, 571 min 200 manatlıq nəqliyyat, 154 min manatlıq rabitə xidməti göstərilmiş, 1 milyon 463 min manatlıq tikinti işləri həyata keçirilmişdir. Rayon üzrə orta aylıq əmək haqqı 2003-cü illə müqayisədə 4,5 dəfə artaraq 285 manata çatmışdır.
Bildiyiniz kimi rayonumuzda iqtisadiyyatın əsasını kənd təsərrüfatı təşkil edir, əhalinin əksəriyyəti heyvandarlıq və əkinçiliklə məşğul olurlar, bu da rayon əhalisinin gəlir mənbəyi hesab olunur. Kənd təsərrüfatının inkişafı hər il artımla müşayiət olunur. Heyvandarlığın daha da inkişaf etdirilməsi, mal-qara arasında yoluxucu xəstəliklərə qarşı mübarizə tədbirlərin vaxtında aparılması sayəsində şəxsi və fermer təsərrüftlarında rayon üzrə mal-qara arasında heç bir xəstəlik qeydə alınmamışdır.
Əkinlər ilə əlaqədar 1 min 330 nəfər məhsul istehsalçısına 3 min 726 hektara görə 149 min 46 manat yardım hesablanmış və ödənilmişdir. Rayonda taxıl sahələrində taxıl biçini uğurla davam edir, hazıra kimi 3 min 148 ha sahədə taxıl biçini aparılmış və 503 ton taxıl istehsal olunmuşdur.
Rayonumuzda sahibkarlığın inkişaf etdirilməsi, sahibkarlara hərtərəfli dəstəyin verilməsi istiqamətində bir sıra işlər görülmüşdür. Ticarətlə və kənd təsərrüftı ilə məşğul olan şəxslərə torpaq sahələri ayrılmış, onların fəaliyyəti üçün bütün lazımi şərait yaradılmışdır. Ötən dövr ərzində 137 fiziki və 26 hüquqi şəxs sahibkarlıq subyekti kimi qeydiyyatdan keçmiş və bununla da rayon üzrə sahibkar subyektinin sayı 1765 olmuşdur. Bu dövrdə rayonda sahibkarlıq subyektləri tərəfindən 34 milyon 241 min manatlıq məhsul istehsal olunmuşdur ki, bu da istehsal olunmuş ümumi məhsulun 97 faizini təşkil edir. Son 2 il ərzində 50-yə yaxın sahibkara ticarət köşkü tikmək üçün, 250-yə yaxın sakinə fərdi yaşayış evi tikmək üçün, 100-ə yaxın sahibkara əkinçilik və maldarlığın inkişafı üçün (təsərrüftaının say tərkibinə görə) torpaq sahəsi verilmişdir.
Əhalinin sosial müdafiəsi, aztəminatlı ailələrə qayğı göstərilməsi tərəfimizdən diqqətdə saxlanılan ən vacib məsələlərdən biri olmuşdur. Ötən dövr ərzində rayon icra hakimiyyəti tərəfindən təxminən 770 nəfər Böyük Vətən müharibəsi iştirakçısı və veteranına, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, Çernobıl əlillərinə və sosial müdafiəsi zəif olan digər əhali təbəqəsinə 36 min manatlıq ərzaq yardımı, bu qəbildən olan 132 nəfərə 12 min 620 manat pul yardımı göstərilmişdir. Bundan əlavə sosial vəziyyəti ağır olan insanlara müxtəlif növ tikinti materialları verilmişdir.
Ölkə Prezidenti İlham Əliyev cənablarının müvafiq sərəncamına əsasən ötən dövrdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı rayon bölməsi tərəfindən 384 nəfər çağırışçı tibbi müayinəyə cəlb edilmiş, onlardan 175 nəfəri yanvar və aprel çağırışlarında müddətli həqiqi hərbi xidmətə göndərilmişdir.
Rayon Polis şöbəsi də 6 ay ərzində öz işini günün tələbləri səviyyəsində qura bilmiş, rayon ərazisində 22 cinayət hadisəsi qeydə alınmış, cinayətlərin аçılması 96% təşkil etmişdir. Ötən ilin müvafiq dövründə cinayətlərin açılma faizi isə 65% olmuşdur.
Əvvəlki vaxtlarda olduğu kimi, 2014-cü ilin 6 ayı ərzində də vətəndaşların qəbulu, onların müraciətlərinə baxılmasına xüsusi qayğı və diqqətlə yanaşılmış, onların problemlərinin yerində öyrənilib həll edilməsi fəaliyyətimizin əsas istiqamətlərindən biri olmuşdur. Bu müddətdə rayon icra hakimiyyətinin aparatında 247 nəfər, səyyar qəbullar zamanı, 56 nəfər vətəndaş qəbul edilmiş, qaldırılan həlli mümkün olan bütün məsələlər həll olunmuşdur.
Təhlil olunan dövrdə rayon icra hakimiyyətinə vətəndaşlardan 273 ədəd yazılı müraciət daxil olmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 79 ədəd azdır. Müraciətlərin 65 ədədi müsbət, 7 ədədi qismən həll olunmuş, 165 ədədinə müvafiq izahat verilmiş, 27 ədədi əsassız sayılmışdır.
Məlum olduğu kimi, Ölkə Prezidenti İlham Əliyev cənablaraının - tarixli sərəncamı ilə 3-cü dövlət proqramı - “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiq olundu. Bu proqramda Lənkəran iqtisadi rayonu üzrə 7, Yardımlı rayonu üzrə 17 tədbirin icrası nəzərdə tutulmuşdur.