Şriftin ölçüsü :

Saytın rəngi :

Milli Mətbuat günü qeyd olundu

22 iyul 2014 | 15:00

 

22 iyul Milli Mətbuat günü münasibəti ilə RİH-nin Akt zalında Yardımlı Rayon İcra Hakimiyyəti Başçısının  mətbuat işçiləri ilə görüşü keçirildi. Tədbiri giriş sözü ilə açan rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov tədbirdə iştirak edən mətbuat işçilərini Milli mətbuat günü münasibəti ilə təbrik etmiş və onlara fəaliyyətlərində uğurlar arzulamışdır. Natiq ölkədə siyasi plüralizmin təmin edilməsini, kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyətinə əlverişli şərait yaradılmasını dövlət siyasətlərindən biri kimi dəyərləndirmiş, kütləvi informasiya vasitələrinə  dövlət dəstəyini xüsusi qeyd etmişdir. Görüşdə yerli mətbuatda Yardımlı ilə bağlı məsələlərin işıqlandırılmasını yaxşı hal kimi qeyd edərək bu sahədə əməyi olan jurnalistlərə diplom və pul mükafatları  verildi.

 

Keçidlər