Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlı rayonunun təhsil işçilərinin 2013/2014-cü tədris ilinin yekunlarına həsr olunmuş konfransı keçirildi

02 sentyabr 2014 | 15:00

 

Rayon təhsil işçilərinin sentyabrın 2-də rayon Mədəniyyət sarayında keçirilən ənənəvi konfransının qayəsini təşkil etmişdir.
           Konfransdan öncə təhsil işçiləri rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov başda olmaqla şəhər mərkəzindəki Heydər Əliyev adına parka gələrək burada ümummilli liderin abidəsini ziyarət etmiş, abidənin önünə gül qoymuşlar.Konfrans öz işinə Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlamışdır.Konfranslararası müddətdə dünyasını dəyişən təhsil işçilərinin xatirəsi ehtiramla yad olunmuşdur.
     Rayon təhsil şöbəsinin müdiri  əməkdar müəllim Manaf Balışov “2013-2014-cü dərs ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələr” mövzusunda hesabat məruzəsi ilə çıxış etmişdir.Məruzə ətrafında çıxışlar olmuşdur.
            Rayon polis şöbəsinin rəisi polis polkovniki Nadir Məmmədov, Hamarkənd kənd tam orta məktəbinin riyaziyyat müəllimi Aslan Heydərov, rayon gənclər və idman idarəsinin rəisi Anar Alışov, rayon mədəniyyət və turizm şöbəsinin müdiri Ayaz Əliyev, Bərcan kənd orta məktəbinin müəllimi Hicran Rzayeva, Çayüzü orta məktəbinin builki məzunu, 695 balla Azərbaycan Diplomatiya Akademiyasına daxil olmuş Elnur Əlizadə məruzədə əks olunan məsələlərə münasibətlərini ifadə etmişlər.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin konfransa nümayəndəsi Əhliyyət Adıgözəlov çıxışında ötən tədris ilində rayon təhsilinin uğurlarına toxunaraq mövcud problemlərə də diqqəti yönəltmiş, onların aradan qaldırılması istiqamətində tövsiyələrini vermişdir.
Rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov çıxışında təhsilə dövlət qayğısından danışaraq bu sahədə görülən işləri dəyərləndirmiş, ləngitmə mexanizmlərini tənqid etmişdir. Rayon rəhbəri builki qəbul imtahanlarında  5 məzunumuzun 600-dən çox test balı toplamasını, eyni zamanda 16 qız məzunumuzun yüksək ballarla ali məktəblərə qəbul olunmasını təhsilin inkişafında dönüş kimi qiymətləndirmişdir. İcra başçısı, həmçinin, təhsilin problemlərindən danışarkən yuxarı siniflərdə qızların dərsdən yayınması məsələsinin və məktəb yaşlı qızların erkən nikaha cəlb olunması hallarının yolverilməz olduğunu bildirmiş, bu istiqamətdə maarifləndirici tədbirlərin gücləndirilməsinə diqqətin yönəldilməsinin əhəmiyyətini vurğulamışdır.
Konfransda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adına müraciət qəbul olunmuşdur.

Keçidlər