Şriftin ölçüsü :

Saytın rəngi :

Daha üç məktəb binası istifadəyə verildi

15 sentyabr 2014 | 15:00

 

         15 sentyabr 2014-cü il tarixdə rayonun 80 şagird yerlik  Zenqaran, Solğard, və Fındıqlı-Qışlaq kənd ibtidai məktəblərin açılış tədbirləri  keçirildi.Tədbirdə Rayon İcra Hakimiyyətinin Başçısı, RİH-nin nümayəndələri, inzibati orqanlar, təhsil işçiləri, məktəblilər, ictimaiyyətin nümayəndələri iştirak etdi. Hər üç  məktəbin  binası ayrı-ayrılıqda 13 otaqdan ibarət olmaqla 9 sinif otağı və digər xidmət sahələrindən ibarətdir. Məktəblərdə müasir idman zalı inşa olunub istilik sistemləri ilə təhciz olunmuşdur.
       Açılış mərasimlərində Yardımlı  Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov müəllim və şagirdləri əlamətdar hadisə – yeni tədris ilinin başlanması və yeni məktəb binalarının istifadəyə verilməsi münasibəti ilə təbrik etdi. Qeyd olundu ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində son illərdə respublikamızda mühüm nailiyyətlər əldə edilir. Dövlət Proqramlarının və genişmiqyaslı layihələrin həyata keçirilməsi nəticəsində şəhər, kənd və qəsəbələr simasını dəyişmiş, müasirləşmiş, əhalinin rifah halı daha da yüksəlmişdir. Məhz bu inkişafın nəticəsidir ki, bu gün kəndlərimizə abad yollar çəkilir, infrastruktur yenilənir, əhalinin sosial-məişət problemləri həll olunur. Ucqar dağ rayonunun inkişafına göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə minnətdarlıq ifadə olundu.
           Sonda tədbir iştirakçıları məktəb binalarında yaradılmış şəraitlə tanış oldular.

Keçidlər