Nizami küçəsində Heydər Əliyev Fondunun hesabına inşa olunmuş 55 yerlik uşaq bağçasının açılış mərasimi keçirildi.
17 sentyabr 2014-cü il tarixdə saat 10:00 da rayonun Nizami küçəsində yerləşən 55 yerlik Şəhər Uşaq Bağçasının açılış mərasimi keçirildi.
Mərasimdə çıxış edən RİH Başçısı cənab Sevindik Hətəmov Heydər Əliyev Fondu tariximizə müstəqil dövlət qurucusu kimi daxil olmuş Heydər Əliyevin xatirəsinə xalqımızın ehtiramını ifadə etmək arzusundan, milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq zərurətindən irəli gələrək yaradılmışdır.
2004-cü ildən fəaliyyətə başlamış Heydər Əliyev Fondu təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirərək yeni cəmiyyət quruculuğunda fəal iştirak edir, ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini verir.
Heydər Əliyev Fondunun gördüyü işlərin sorağı dünyanın sayılıb-seçilən ölkələrindən, ən mötəbər beynəlxalq qurumların tribunalarından gəlir.
Heydər Əliyev Fondunun reallaşdırdıqları möhtəşəm işlər Azərbaycanın birinci xanımının daxili dünyasının və çoxşaxəli fəaliyyətinin aynasıdır. Mehriban xanım üzərində böyük məsuliyyət və gərgin zəhmət tələb edən digər silsilə vəzifələr daşıyır. O, milli məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Mədəniyyət Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Azərbaycan Gimnastika Federasiyasının rəhbəri kimi məsul vəzifələri icra edir. Təbii ki, eyni şəxsin qısa zaman kəsiyində bu qədər işin öhdəsindən bacarıqla və yaradıcı şəkildə gəlməsi ən azı həsəd doğurur.
Fondun layihələri qlobal xarakteri və keyfiyyətinə görə hətta beynəlxalq layihələri üstələyir. Bu, qürur doğuran reallıqdır. BMT, İslam Əməkdaşlığı Təşkilatı, YUNESKO, İSESKO və onlarca mötəbər qurumun Heydər Əliyev Fondunun layihələrindən təsirlənərək gördüklərini sözə çevirməkdə aciz qaldıqlarının dəfələrlə şahidi olmuşuq. Çoxlarının vurğuladığı kimi, bu layihələr mahiyyətcə yeni üslub, etalon xarakteri daşıyır və əksər hallarda beynəlxalq səviyyədə tətbiqini tapır.
Azərbaycanın birinci xanımı öz səmərəli fəaliyyəti ilə mötəbər beynəlxalq təşkilatların imkanlarından maksimum yararlanmaq, həmçinin Prezident İlham Əliyevin siyasətinə müvafiq ölkəmizin beynəlxalq tədbirlərin mərkəzinə çevrilməsinə təkan vermək nümunəsi də nümayiş etdirir.
Hörnətli tədbir iştirakçıları!
Heydər Əliyev Fondunun qayğısı rayonumuzu da əhatə etmişdir. Rayonun 31 yaşayış məntəqəsində 3450 şagird yerlik məktəblər inşa edilmiş, Şəhərin mərkəzində 55 yerlik uşaq bağçası əsaslı təmir edilmişdir. Əlbəttəki, bu ölkə prezidentimizin, eləcə də, Heydər Əliyev fondunun rayonumuza böyük diqqəti sayəsindədir.
Bu gün də gördüyünüz 55 yerlik uşaq bağçası Heydər Əliyev Fondunun hesabına tikilmişdir. Burada uşaqların təlim tərbiyə alması üçün hər cür şərait yaradılmışdır.
Mən rayonumuzun bütün sakinləri adından bu diqqətə görə Fondun Prezidentinə - Mehriban xanım Əliyevaya öz dərin münnətdarlığımı bildirəm. Bu münasibətlə Sizləri təbrik edirəm.