Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlı rayonunda məktəbin gigenik şəraitinin yaxşılaşdırılması layihəsi başa çatdı

19 sentyabr 2014 | 15:00


sentyabrın 19-da Yardımlı şəhərindəki 1 nömrəli şəhər  və Köryədi kənd tam orta məktəblərində “Yardımlı rayonunda məktəbin gigenik şəraitinin yaxşılaşdırılması” layihəsinin başa çatması münasibətilə mərasim keçirildi.
Tədbirdə Yaponiya hökumətinin “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində həyata keçirilən layihənin məqsədi Yardımlı şəhər 1 nömrəli və Köryədi kənd tam orta məktəblərində yeni sanitar qovşağı tikməklə şagird və müəllimlər üçün gigiyenik şəraiti yaxşılaşdırmaqdır.
Yaponiyanın Azərbaycandakı fövqalədə və səlahiyyətli səfiri Tsuquo Takahaşin layihənin başa çatması ilə bağlı tərəfdaşları təbrik edərək bildirdi ki, mən Yardımlı rayonunun təbiətinin gözəlliyindən zövq almaq üçün bir daha buraya səfər edəcəyimə ümid edirəm. Səfirlik Azrbaycan xalqının gündəlik həyatlarının yaxşılaşdırılmasına töhfəsini davam etdirəcəkdir. Yaponiya ilə Azərbaycan, eləcə də Yardımlı rayonu arasında ikitərəfli əlaqələrimizin möhkəmləndirilməsində səylərimizi daha da artıracağıq.
Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov ölkəmizdə yerli əhəmiyyətli sosial layihələrin həyata keçirilməsinə verilən dəstəyə görə Yaponiya hökumətinə minnətdarlığını bildirdi.
Mərasim iştirakçıları hər iki məktəbdə inşa edilmiş sanitar qovşaqları ilə tanış olduqdan sonra rayon idmançılarının Yapon idman növləri üzrə nümunəvi çıxışlara tamaşa etdilər.

Keçidlər