Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlı rayonunda Prokurorluğ işçilərinin peşə bayramı qeyd olundu

01 oktyabr 2014 | 15:00

 

01 oktyabr – Prokurorluq işçilərinin peşə bayramı günü münasibəti ilə Yardımlı Rayon İcra Hakimiyyətinin Akt zalında tədbir keçirildi.
         Tədbirdən öncə Heydər Əliyev parkında Ulu Öndərin abidəsi  ziyarət olundu və önünə gül dəstələri qoyuldu.
         RİH-nin  Akt zalında keçirilən tədbirdə  Rayon İcra Hakimiyyətinin başçısı cənab Sevindik Hətəmov  01 oktyabr – Prokurorluq işçilərinin peşə bayramı münasibəti ilə bütün prokurorluq işçilərini təbrik etdi. Qeyd etdi ki, Prokurorluq orqanlarının müstəqil dövlətimizə uyğun formalaşmasında xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin müstəsna rolu olmuşdur. Bu gün də Hörmətli Prezidentimiz İlham Əliyev də prokurorluq işçilərinə hər zaman diqqət və qayğıkeşliklə yanaşır. Bunun nəticəsidir ki, prokurorluq əməkdaşlarının əmək haqları xeyli artırılmış, şəxsi heyətin məişət şəraiti əsaslı şəkildə yaxşılaşdırılmışdır. Azərbaycan Respublikası Prokurorluğu qanunun aliliyinin, insan hüquq və azadlıqlarının təmin olunmasına, cinayətkarlıqla mübarizəyə, qanunçuluğun və hüquq qaydasının qorunmasına xidmət etdiyi vurğulanmışdır.                

Keçidlər