Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlıda Beynəlxalq Müəllimlər Günü qeyd olundu

02 oktyabr 2014 | 15:00

 

Oktyabrın 2-də RİH-nin  Akt zalında   Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş tədbir keçirildi.Tədbir  iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etdilər.
Tədbirdə  çıxış edən rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov əlamətdar gün münasibətilə müəllimləri təbrik etdi. Natiq çıxışında  qeyd etdi ki,Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində ölkəmizin hər yerində olduğu kimi, Yardımlı rayonunda da təhsilin maddi-texniki bazasının  möhkəmləndirilməsi sahəsində mühüm işlər görülüb, müəllimlərin sosial vəziyyəti yaxşılaşdırılıb.
Diqqətə çatdırıldı ki, bu gün ölkəmizdə təhsilə, müəllimə göstərilən diqqət göz qabağındadır. Müəllim əməyinin qiymətləndirilməsi, qabaqcıl müəllimlərin mükafatlandırılması, təhsil sahəsində aparılan islahatlar şərəfli peşə sahiblərinə göstərilən dövlət qayğısının bariz nümunəsidir. Elə bunun nəticəsidir ki, bu günlərdə Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyev tərəfindən rayonun Ostayır kənd tam orta  məktəbinin müəllimi Mehdi Həsənova “Tərəqqi” medali verilmişdir.

Sonra təhsil şöbəsinin müdiri Manaf Balışov , müəllim Mehdi Həsənov  və başqaları onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirdilər.
 

Keçidlər