Pirembel kənd yolunun açılış tədbiri keçirildi.
16 oktyabr 2014-cü il tarixdə uzunluğu 3 km olan Pirembel kənd yolunun açılış mərasimi keçirildi.Tədbirdə RİH Başçısı, hüquq-mühafizə orqanları, idarə, müəssisə, təşkilat rəhbərləri, rayon ictimaiyyəti, kənd sakinləri, KİV-nin əməkdaşları iştirak etdi.
Yolun çəkilişi münasibətilə kənd sakinlərini təbrik edən rayon İcra hakimiyyətinin Başçısı Sevindik Hətəmov çıxış edərək vurğulamışdır ki, bu gün Respublikada rayon mərkəzlərinin və kəndlərin yolları abadlaşdırılır, avtomobil yollarının təmiri və yenidən qurulması istiqamətində ardıcıl iş aparılır. Yol çəkilişi insanlara rahatlıq gətirməklə yanaşı, hər bir bölgənin inkişafını müəyyən edən əsas amillərdən biridir. Çünki yol olmadan hərtərəfli inkişafa nail olmaq mümkün deyil. İnsanların rahatlığı, bölgənin davamlı sosial-iqtisadi inkişafı üçün müasir avtomobil yolunun mövcudluğu əsas məsələdir.
Sonda kənd sakinləri onlara göstərilən yüksək diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.