Şəhərin Daşkənd küçəsinə ilk dəfə olaraq təbii qaz verildi
Oktyabrın 22-də şəhərin Daşkənd küçəsinə ilk dəfə olaraq təbii qaz verilmişdir. Bu münasibətlə keçirilmiş tədbirdə “Azəriqaz” İB-nin məsul işçisi Əli Cabbarov, ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov təbrik nitqində Prezident İlham Əliyevin regionlara diqqət və qayğısından danışıb, onun bariz nümunəsi kimi Yardımlının inkişafına diqqəti yönəltdi. Rayon rəhbəri əminliklə vurğuladı ki, rayonun sosial-iqtisadi inkişafı, o cümlədən kəndlərin qazlaşdırılması işi davamlı xarakter daşıyır.
Tədbirdə çıxış edən ictimaiyyət nümayəndələri yaşayış məntəqəsinə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Sonda sakinlər təbii qazın verilməsinin rəmzi olan məşəl alovlandırıldı.