Avropa və Dünya çempionu adını qazanmış idmançılarla görüş keçrildi.
14 noyabr 2014-cü il tarixdə Yardımlı Rayon İcra Hakimiyyətinin Akt zalında Rayon İcra Başçısı Cənab Sevindik Hətəmov Çoxmübarizəli idman döyüş növləri üzrə Avropa çempionu Sahratlı Valeh Həşim oğlu, Şotokan Karate idman növü üzrə Dünya çempionu Baratlı Orxan Adil oğlu ilə görüşü keçirildi.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov idmançı və məşqçi heyətini əlamətdar günü münasibətilə təbrik edərək ən xoş arzularını çatdırdı.Rayon rəhbəri bildirildi ki, Dövlətin digər sahələr kimi bədən tərbiyəsi və idman sahəsinə göstərdiyi diqqət və qayğıdan, Ulu Öndər Heydər Əliyevin idman sahəsində gördüyü əvəzsiz işlərdən və onun layiqli davamçısı, Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bu siyasətin uğurla davam etdirilməsindən, eləcədə Rayon idmançıları üçün yaxın zamanlarda tikiləcək İdman kompleksi haqqında məlumat verdi.
Tədbirin sonunda idmançılara və məşqçi müəllimlərə RİH-i başçısı tərəfindən qiymətli hədiyyələr və pul mükafatları verildi.