Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhər 3 saylı tam orta məktəbin açılış tədbiri keçirildi.

18 noyabr 2014 | 16:00

 

           18  noyabr  2014-cü il tarixdə  180 sagird yerlik Şəhər 3 saylı tam orta  məktəbin açılış tədbiri keçirildi. Məktəb 18 otaqdan ibarət olmaqla 9 sinif otağı və digər xidmət sahələrindən ibarətdir. Məktəblərdə müasir idman zalı inşa olunub, istilik sistemləri ilə təhciz olunmuşdur.
            Məktəbin tikintisinə 2012-ci ilin oktyabr ayında  başlanmış, müasir standartlara cavab verən avadanlıqlarla təhciz olunmuşdur.Tikinti işləri “Exilles STS” MMC tərəfindən həyata keçirilmişdir.
    Açılış mərasimlərində Yardımlı  Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov müəllim və şagirdləri yeni məktəb binalarının istifadəyə verilməsi münasibəti ilə təbrik etdi. Qeyd olundu ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində son illərdə respublikamızda mühüm nailiyyətlər əldə edilir. Dövlət Proqramlarının və genişmiqyaslı layihələrin həyata keçirilməsi nəticəsində şəhər, kənd və qəsəbələr simasını dəyişmiş, müasirləşmiş, əhalinin rifah halı daha da yüksəlmişdir. Məhz bu inkişafın nəticəsidir ki, bu gün kəndlərimizə abad yollar çəkilir, infrastruktur yenilənir, əhalinin sosial-məişət problemləri həll olunur. Ucqar dağ rayonunun inkişafına göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə minnətdarlıq ifadə olundu.
            Sonda tədbir iştirakçıları məktəb binalarında yaradılmış şəraitlə tanış oldular.

Keçidlər