Şriftin ölçüsü :

Saytın rəngi :

Beynəlxalq Əlillər Günü qeyd olundu

03 dekabr 2014 | 16:00

 

       03  dekabr  2014-cü il tarixdə Beynəlxalq Əlillər Günü münasibəti ilə əlaqədar Mədəniyyət və İstirahət parkı ərazisində yerləşən restaranda tədbir keçirildi. Tədbirdə rayon icra hakimiyyətinin nümayəndələri, hüquq mühafizə orqanlarının rəhbərləri, Qarabağ və Çernobıl əlilləri iştirak etdi.
       Tədbirdə RİH Başçısı Sevindik Hətəmov çıxış edərək bildirmişdir ki, Beynəlxalq Əlillər Günü 3 dekabr 1992-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında qəbul edilmişdir və hər il 3 dekabr tarixində Birləşmiş Millətlər Təşkilatına  üzv olan ölkələrdə əlilliyi olan insanların cəmiyyətdəki mövqelərinin daha da möhkəmlənməsinə yönəlmiş tədbirlər təşkil olunur.Hər il belə tədbirlərin keçirilməsi əlillərin ehtiyaclarını daha yaxından öyrənməyə,  məhdud imkanlı insanların siyasi, sosial və mədəni həyatın bütün aspektlərinə cəlb edilməsi məqsədi daşıyır.Hazırda Azərbaycanda 500 min nəfərə yaxın əlil vardır.Dünya üzrə əlilliyi olan şəxslərin əhali tərkibində faiz göstəricisi 10 faizdir, Respublikamızda  isə bu rəqəm 4,4 faiz təşkil edir ki, bu da MDB məkanında ən aşağı göstəricilərdən sayılır.Rayonuzda əlillərin sayı 6600  nəfərdir ki, bu da əhali tərkibində faiz göstəricisi 10 faiz təşkil edir.Həyatımızda insanların hamısı fiziki cəhətdən eyni olmur. Sağlam olanlarla yanaşı, əlillər və şikəstlər də vardır. Əlillik və şikəstlik müxtəlif yollarla  - anadangəlmə, müharibələr,  istehsalat qəzaları, xəstəliklər və s. hadisələr nəticəsində yaranır.
Ölkəmizdə əlillərin bir hissəsi XX əsrin ən dəhşətli fəlakəti sayılan İkinci Dünya müharibəsinin, Çernobol hadisəsi zamanı, Qarabağ müharibəsinin, erməni soyqırımının və terrorunun nəticəsində əlil olmuşlar. Əlillər əhalinin başqa təbəqələri ilə müqayisədə daha çox sosial müdafiəyə, mənəvi dəstəyə, humanist münasibətə ehtiyacı vardır. Bu tədbirdə Qarabağ müharibəsində öz sağlamlığını itirərək əlil olmuş insanlarımız iştirak edir.  Sizlər ən fədakar, cəsur insanlarsınız  və daim ölkəmizin diqqət və qayğısı ilə əhatə olunmuşsunuz. Rayonumuzda mövcud 35 qarabağ mühariməsi əlili və 3 şəhid ailəsindən ümumilikdə 19 nəfər ailə evlə təmin olunmamışdır. Bununla bağlı tərəfimizdən aidiyyatı üzrə məsələ qaldırılmışdır və çalışacağıq ki bu məsələyə nail olaq.
      Tədbirin sonunda  RİH Başçısı Sevindik Hətəmov tərəfindən əlillərə maddi yardım verildi.

 

 

Keçidlər