Yardımlı rayonunda Yeni Azərbaycan Partiyası tərəfindən qeydə alınmış namizədlərlə görüş keçirildi
04 dekabr 2014-cü il tarixdə rayon Mədəniyyət evində YAP Mərkəzi Aparatı və YAP Yardımlı rayon təşkilati ilə birgə bələdiyyə seçkiləri ilə əlaqədar seçkiqabağı təbliğat işlərinin aparılması istiqamətində namizədlər və YAP aktivləri ilə görüşü keçrildi.Tədbirdə YAP İcra katibliyinin müşaviri Kərim Kərimov, YAP Mərkəzi Aparatının məsul işçisi Məcid Əhmədov, Millət vəkili Nərman Əliyev, İKİ Sahi qəzetinin baş redaktoru Vuqar Rəhimzadə iştirak etdi.
Tədbiri YAP Yardımlı rayon təşkilatının sədri Mahir Mirzəyev bələdiyyə seçkilərinə start veriləndən təşviqat işlərinə başlanan dövrə qədər görülmüş işlər barədə ətraflı məlumat verərək bildirmişdir ki, qarşıdan gələn bələdiyyə seçkilərinin siyasi-hüquqi, sosial və mədəni əhəmiyyətindən danışıb. Prezident İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasının cəmiyyətin bütün sahələrini əhatə edən səmərəli fəaliyyətindən bəhs edərək qey etdi ki, YAP sahib olduğu strateji resurslarla Azərbaycan siyasi sisteminin alternativsiz siyasi güc mərkəzidir: “YAP-ın 22 illik tarixi var və cəmiyyətə təqdim etdiyi dəyərlər, məqsədlər artıq siyasi ənənə kimi səciyyələndirə biləcəyimiz ideoloji tezislər vasitəsilə Azərbaycan xalqı tərəfindən mənimsənilib.
YAP İdarə heyətinin üzvü Kərim Kərimov çıxış edərək qeyd edib ki, YAP alternativsiz siyasi qüvvədir və Azərbaycanın siyası arenasında özünəməxsus yer tutur. Çıxışında partiyanın bələdiyyə seçkiləri ilə əlaqədar həyata keçirdiyi işlərdən söhbət açan K.Kərimov, həmçinin, əlavə edib ki, ölkəmizdə həyata keçirilən iqtisadi siyasət siyasi sabitliyi şərtləndirir: “Həyata keçirilən uğurlu siyasət Azərbaycanın dinamik iqtisadi inkişafını təmin edib. Sevindirici haldır ki, bu işlərdə bələdiyyələr də müstəsna rol oynamaqdadır”.
YAP Siyasi Şurasının üzvü, İki sahil qəzetinin baş redaktoru Vüqar Rəhimzadə,Mİllət vəkili Nəriman Əliyev çıxış edərək bələdiyyə seçkilərinin demokratik idarəetmə sisteminin mühüm komponenti olduğunu diqqətə çatdıraraq deyib ki, bələdiyyələrə seçkilər vətəndaşların qanunla müəyyənləşdirilmiş seçki hüquqları təmin edilməklə ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi, gizli səsvermə yolu ilə həyata keçirilir. Təbliğat-təşviqat işinin yerli qanunvericiliyə, müəyyən olunmuş standartlara müvafiq surətdə aparılması olduqca vacib və zəruri amildir.
Tədbirin sonda Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş namizədlərə bu seçkilərdə uğurlar arzulayıb.