Ümummilli Lider Heydər Əliyevin xatirəsi böyük ehtiramla anıldı.
12 dekabr 2014 | 16:00
12 dekabr 2014-cü il tarixdə Ümummilli Lider Heydər Əliyevin vəfatının 11-ci ildönümünə həsr olunmuş ümumrayon anım tədbiri keçirildi. Səhər saatlarından başlayan anım mərasimində rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov, rayonun hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri, məktəblilər, ziyalılar, ərazi nümayəndələri,, Qarabağ müharibəsi veteranları və ictimaiyyət nümayəndələri iştirakı ilə Heydər Əliyevin parkında Ulu Öndərin abidəsinin önünə əklillər və tər gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad etmişlər, ruhuna dualar oxumuşlar.