Şriftin ölçüsü :

Saytın rəngi :

220 sagird yerlik ÇayÜzü kənd tam orta məktəbinin açılış tədbiri keçirildi.

17 dekabr 2014 | 16:00

 

            17  dekabr  2014-cü il tarixdə  220 sagird yerlik ÇayÜzü  kənd tam orta  məktəbinin açılış tədbiri keçirildi. Məktəb 21 otaqdan ibarət olmaqla 14 sinif otağı və digər xidmət sahələrindən ibarətdir. Məktəbdə müasir idman zalı inşa olunub, istilik sistemləri ilə təhciz olunmuşdur.
Məktəbin tikintisinə 2013-ci ilin oktyabr ayında  başlanmış, müasir standartlara cavab verən avadanlıqlarla təhciz olunmuşdur.Tikinti işləri “Exilles STS” MMC tərəfindən həyata keçirilmişdir.
         Açılış mərasimlərində Yardımlı  Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov müəllim və şagirdləri yeni məktəb binalarının istifadəyə verilməsi münasibəti ilə təbrik etdi. Qeyd olundu ki, muasir standartlara cavab verən yeni təhsil müəssəsinin tikilməsini Dövlət başçısı cənab İlham Əliyevin təhsilə olan diqqət və qayğısının bariz nümunəsi kimi qiymətləndirdi.Vurgulandı ki, Respublikada eləcədə Yardımlı rayonunun təhsil sektorunda gedən inkişaf  “Regionlarının sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı”-nın ardıcıl həyata keçirilməsinin bariz nümünəsidir.Dövlət Proqramlarının və genişmiqyaslı layihələrin həyata keçirilməsi nəticəsində şəhər, kənd və qəsəbələr simasını dəyişmiş, müasirləşmiş, əhalinin rifah halı daha da yüksəlmişdir.  Yeni təhsil ocagının açılış mərasimində bölgələrdə təhsiilin inkişafı üçün göstərilən  diqqət və qayğıya görə Ölkə başçısı cənab İlham Əliyevə minnətdarlıq hisləri ifadə olundu.
         Sonra kənd sakinləri ucqar dağ rayonunun inkişafına göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə minnətdarlıq ifadə etdilər.
        Sonda tədbir iştirakçıları məktəb binalarında yaradılmış şəraitlə tanış oldular.


 

Keçidlər