Yeni Azərbaycan Partiyası tərəfindən qeydə alınmış namizədlərlə görüş keçirildi
18 dekabr 2014-cü il tarixdə rayon Mədəniyyət evində YAP Mərkəzi Aparatı və YAP Yardımlı rayon təşkilati ilə birgə bələdiyyə seçkiləri ilə əlaqədar seçkiqabağı təbliğat işlərinin aparılması istiqamətində namizədlərlə görüşü keçrildi.Tədbirdə YAP Mərkəzi Aparatının məsul işçisi Məcid Əhmədov, Millət vəkili Mirkazım Kazımov iştirak etdi.
Tədbiri YAP Yardımlı rayon təşkilatının sədri Mahir Mirzəyev bələdiyyə seçkilərinə start veriləndən təşviqat işlərinə başlanan dövrə qədər görülmüş işlər barədə ətraflı məlumat verərək bildirmişdir ki, qarşıdan gələn bələdiyyə seçkilərinin siyasi-hüquqi, sosial və mədəni əhəmiyyətindən danışıb. Prezident İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasının cəmiyyətin bütün sahələrini əhatə edən səmərəli fəaliyyətindən bəhs edərək qey etdi ki, YAP sahib olduğu strateji resurslarla Azərbaycan siyasi sisteminin alternativsiz siyasi güc mərkəzidir: “YAP-ın 22 illik tarixi var və cəmiyyətə təqdim etdiyi dəyərlər, məqsədlər artıq siyasi ənənə kimi səciyyələndirə biləcəyimiz ideoloji tezislər vasitəsilə Azərbaycan xalqı tərəfindən mənimsənilib.
Millət vəkili Mirkazım Kazımov çıxış edərək qeyd edib ki, YAP alternativsiz siyasi qüvvədir və Azərbaycanın siyası arenasında özünəməxsus yer tutur. Çıxışında partiyanın bələdiyyə seçkiləri ilə əlaqədar həyata keçirdiyi işlərdən söhbət açan natiq, həmçinin, əlavə edib ki, ölkəmizdə həyata keçirilən iqtisadi siyasət siyasi sabitliyi şərtləndirir: “Həyata keçirilən uğurlu siyasət Azərbaycanın dinamik iqtisadi inkişafını təmin edib. Sevindirici haldır ki, bu işlərdə bələdiyyələr də müstəsna rol oynamaqdadır”. Təbliğat-təşviqat işinin yerli qanunvericiliyə, müəyyən olunmuş standartlara müvafiq surətdə aparılması olduqca vacib və zəruri amildir.
Tədbirin sonda Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş namizədlərə bu seçkilərdə uğurlar arzulayıb.