20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar ümumrayon tədbiri keçirildi.
20 yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar Yardımlı rayonda bir sıra silsilə tədbirlər həyata keçirilmişdir. Belə tədbirlərin yekunu olaraq 20 yanvar 2015-ci il tarixdə şəhər mərkəzində 20 yanvar şəhidlərinin xatirəsinə ucaldılmış abidə kompleksində anım mərasimi keçirilmişdir.
Səhər saatlarından başlayaraq minlərlə rayon sakini 20 yanvar şəhidlərinin xatirəsini böyük ehtiramla yad etmişlər.
Mərasimində rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov , hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri və əməkdaşları, məktəblilər, ziyalılar, 2-ci dünya və Qarabağ müharibəsinin veteranları və ictimaiyyət nümayəndələri iştirak edərək 20 yanvar şəhidlərinin abidəsi önünə əklillər, təzə-tər gül dəstələri qoyaraq şəhidlərin ruhuna dualar oxundu.
Daha sonra rayon RİH-nin Akt zalında 20 Yanvar Şəhidlərinin anım mərasimi keçirildi. Tədbirdə rayon icra hakimiyyəti başçısı Sevindik Hətəmov çıxış edərək qanlı şənbə gecəsi haqqında məlumat vermiş, bu günün təkcə hüzn günü kimi deyil, qəhrəmanlıq günü kimi xalqımız tərəfindən həmişə qürurla yad ediləcəyini diqqətə çatdırmişdır. Vurğulandı ki, xalqımızın başına gətirilən bu faciə Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra 1994-cü ildə hüquqi-siyasi qiymət verilmiş, günahkarların adları sadalanmışdır.
Mərasimin sonunda şəhid ailələrinə RİH-i tərəfindən ərzaq bağlamaları verimişdir.