Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlı rayonunda əhalinin tibbi müayinəsi davam edir.

13 fevral 2015 | 16:00

 

       Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq 2015-ci ilin fevral ayının 2-dən may ayının 1-dək əhalinin tibbi müayinədən keçirilməsinə başlanılmışdır. Bununla əlaqədar Yardımlı rayonunda müvafiq komissiya yaradılıb. Fəaliyyət göstərən komissiya tibbi profilaktik müayinənin vaxtında və yüksək keyfiyyətlə həyata keçirilməsi üçün əhali arasında maarifləndirmə və izahat işləri aparır.
       Dövlət Başçısının əhalinin sağlamlığına göstərdiyi böyük diqqət və qayğısını yüksək qiymətləndirən rayon sakinləri  xüsusi həvəslə profilaktik tibbi müayinələrdən keçdilər. Ayrı-ayrı həkim otaqlarında eləcə də rentgen, ultrasəs müayinəsi kabinetlərində labaratoriyada profilaktik müayinələrin yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi şərait yaradılıb. Tədbirin icrası davam edir.

Keçidlər