Yardımlıda ötən ilin sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələr müzakirə edilmişdir
18 fevral 2015-ci il tarixdə Nizami adına kulubda 2014-cü ilin sosial- iqtisadi inkişafının yekunları ilə əlaqədar müşavirə keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə Ümumilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmişdir.Tədbirdə çıxış edən rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov bildirmişdir ki, 2014-cü ildə Respublikamızın digər bölgələri kimi, rayonumuzda da bütün sahələrdə bir çox işlər görülərək uğurlu inkişafa nail olunmuşdur. Tikinti-abadlıq-quruculuq işləri, yerli əhəmiyyətli avtomobil yollarının çəkilişi və körpülərin inşası, inzibati binaların müasir üslubda tikintisi, eyni zamanda, yeni məktəb binalarının, bağçaların tikintisi və digər infrastruktur layihələrinin icrası sürətlə həyata keçirilməsindən söz açmışdır.
Natiq qeyd etdi ki, 2014-cü ildə ölkə iqtisadiyyatında davam etmiş artım Yardımlı rayonunun da sosial-iqtisadi inkişafının sürətlənməsinə müsbət təsir göstərmişdir. Rayonda bütün sahələr üzrə yüksək nəticələr əldə olunmuşdur.
2014-cü ilin cənab Prezident tərəfindən "Sənaye ili" elan olunması ilə əlaqədar rayon sahibkarları və iş adamları ilə söhbət aparılmış, onlara rayonun iqtisadi tələbatına uyğun istehsal və emal müəssisələrinin yaradılmasına lazımi şərait yaradılmışdır.
Аzərbаycаn Rеspublikаsı Prеzidеnt Аdministrаsiyаsının məsul işçisi Əzənmədov Habil ölkədə bütün sаhələrdə gеdən dinаmik inkişаfdаn, "Rеgiоnlаrın sоsiаl-iqtisаdi inkişаfı Dövlət Prоqrаmı"ndаn irəli gələn vəzifələrin uğurlа həyаtа kеçirilməsindən ətrаflı dаnışdı, sоnrа Yardımlı rayonunun dinаmik inkişаf еtdiyini diqqətə çаtdırmaqla şəhərdə аpаrılаn tikinti, quruculuq və аbаdlıq işlərinə yüksək qiymətləndirmişdir.
Sonda iclas iştirаkçılаrı adından Аzərbаycаn Rеspublikаsının Prеzidеnti cənаb İlhаm Əliyеvə Müraciət ünvаnlаndı.