Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı faciəsinin 23-cü ildönümünə həsr olunmuş anım mərasimi keçirildi.

26 fevral 2015 | 16:00

    26 fevral   2015-ci il tarixdə saat 11:00 -da  Xocalı faciəsinin 23-ci ildönümünə həsr olunmuş anım mərasimi  keçirildi. Mərasimdə Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov başda olmaqla rayon ictimaiyyəti  Şəhidlər Xiyabanı abidə kompleksini ziyarət edərək,  Qarabağ savaşında həlak olanların xatirəsini  bir daha yad edərəkı, abidə kompleksi önünə gül dəstələri qoyuldu.
       Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov  çıxış edərək ermənilərin Azərbaycan xalqına qarşı etdiyi vəhşiliklərdən, Azərbaycan xalqına etdiyi zülmlərdən və bunlardan ən dəhşətlisi olan Xocalı soyqırımından söhbət açaraq neçə-neçə körpə, qoca, cavan soydaşlarımızın bədnam düşmənlərimiz tərəfindən zülmlərə, iztirablara məruz qaldığından danışmışdır. Sonra natiq möhtərəm prezidentimiz cənab İlham Əliyevin apardığı daxili və xarici siyasət nəticəsində şəhidlərimizin qanı ilə yuyulmuş düşmən tapdağı altında olan öz ana torpaqlarımızı azad edəcəyimizi tədbir iştirakçılarının nəzərinə çatdırmişdir. Çıxışının sonunda isə Xocalı faciəsinin heç zaman yaddaşlardan silinməyəcəyni, bu faciənin Azərbaycan xalqının qan yaddaşı olduğunu və gələcək nəsillərədə ötürülməsini vacib olduğunu vurğulamışdır.

Keçidlər