Yardımlı rayonunda 8-mart Beynəlxalq Qadınlar günü münasibətilə geniş bayram tədbiri keçirildi.
Yardımlı rayonunda Beynəlxalq Qadınlar Günü münasibəti ilə konsert proqramı keçirildi.Şən musiqilərlə təşkil olunan mərasimdə çıxış edənlər qadınlara xoşbəxtlik, səadət arzuladılar.Yardımlı rayon icra aparatının nümayəndələri, təhsil, səhiyyə, mədəniyyət sahələrində, idarə və müəssisələrində çalışan, eləcə də veteran qadınların qatıldığı tədbirdə çıxış edənlər qadınların tarixin bütün dövrlərində səmərəli fəaliyyət göstərdiklərini bildirdilər.Tədbirdə iştirak edən Yardımlı rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov çıxış edərək bütün qadınları 8-Mart Beynəlxalq qadınlar günü münasibəti ilə təbrik etdi.Bildirdi ki, bu gün Azərbaycan qadını həm gözəl Ana, həm də fəal ictimai xadimdir, eləcədə gözəl keyfiyyətlərə malik olan Azərbaycan Qadınını bütün dövrlərdə ən ağır sınaqlardan üzü ağ çıxaraq, taleyüklü məsələlərin həllinə layiqli töhvə verib.Ümummilli Lider Heydər Əliyevin qadınların fədakar əməyinə cəmiyyətdəki roluna çox böyük qiymət verdiyini, onlara daim qayğı ilə yanaşdığı vurğulandı.İndi bu müdrik siyasətin davamı olaraq Prezident cənab İlham Əliyevin qadınlara daim hörmət və ehtiram bəslədiyini qeyd edib, onların əməyinin qiymətləndirilməsi, sosial problemlərinin həlli istiqamətində həyata keçirilən əməli tədbirlərdən danışdılar. Tədbirdə bütün qadınlara hədiyyələr təqdim olundu.Tədbir konsert proqramı ilə davam etdi.