Şriftin ölçüsü :

Saytın rəngi :

31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həs olunmuş ümumrayon tədbiri keçirildi

31 mart 2015 | 15:00

       31 mart   2015-ci il tarixdə saat 11:00-da  "31 mart Azərbaycanlıların Soyqırım günüdür" mövzusunda yığıncaq keçirildi. Yığıncaqdan öncə rayon mərkəzində yerləşən soyqırım abidə kompleksi ziyarət olundu, önünə gül dəstələri qoyuldu. Yığıncaqda çıxış edən rayon icra hakimiyyəti başçısı Sevindik Hətəmov bildirmişdir ki, 1918-ci ilin mart qırğınları, ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırım aktları və deportasiya ilə bağlı məsələyə ilk siyasi-hüquqi qiymət ümummilli lider Heydər Əliyev tərəfindən verildi. Azərbaycan Respublikası Prezidentinin “1948–1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” 1997-ci il 18 dekabr tarixli 656 nömrəli və “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli 690 nömrəli fərmanları bu baxımdan mühüm əhəmiyyətli sənədlər oldu. “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 26 mart tarixli 690 nömrəli Fərmanında ilk dəfə olaraq azərbaycanlılara qarşı törədilmiş kütləvi qırğınların – soyqırımların rəsmən adı çəkilmiş, xalqımıza qarşı aparılmış etnik düşmənçilik siyasətinin kökləri açılmış, davakar erməni millətçilərinin mənfur fəaliyyətinə siyasi qiymət verilmişdir. Bu Fərmanla 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi.

          Azərbaycan xalqının başına gətirilən bu müsibətlər unudulmamalı, bütün bunlar olduğu kimi dünya ictimaiyyətinə çatdırılmalı və beynəlxalq miqyasda siyasi-hüquqi qiymət verilməlidir.Yığıncaqda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyətin nümayəndələri iştirak etdi.

          
 

Keçidlər