Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin irsinin öyrədilməsi ilə əlaqədar ümumtəhsil məktəblərinin XI sinif şagirdlərinə dərslər keçirilir.

01 aprel 2015 | 15:00

      Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin irsinin öyrədilməsi ilə əlaqədar növbəti dərs məşğələləri keçirildi.Şagirdlər əvvəlcə   Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən foto-stendlərə və filmə baxdılar.

      03 noyabr 2014-cü il tarixdən başlayaraq  Yardımlı rayon Heydər Əliyev Mərkəzində müasir Azərbaycan tarixinin ümumtəhsil məktəblərində daha səmərəli öyrənilməsi məqsədilə müəyyən edilmiş “Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır” və “Ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzuları üzrə XI sinif şagirdlərinə dərslərin tədrisinə başlanılmışdır.
Dərslərin keçirilməsi ilə bağlı tövsiyyələr və tezislər hazırlanaraq təhsil şöbəsinə göndərilmiş və nəzərdə tutulmuşdur ki, hər mövzuya 2 saat ayrılmaqla dərslər noyabr-may aylarını əhatə etsin.Rayon üzrə seçilmiş 5 nəfər tarix müəlliminin tədris etdiyi dərslərdə  rayonun 46 tam orta məktəbindən  850  nəfər XI sinif şagirdi iştirak edir.Bu məqsədlə rayon Təhsil şöbəsi tərəfindən müvafiq qrafik hazırlanmış  və məşğələ günləri müəyyənləşdirilmişdir.
     Dərslərin yüksək səviyyədə  keçirilməsinə  rayon İcra Hakimiyyəti  tərəfindən ciddi nəzarət olunur və əməli köməkliklər göstərilir.

 

Keçidlər