Şriftin ölçüsü :

Saytın rəngi :

Nəqliyyat naziri Ziya Məmmədov Yardımlı şəhərindəki Heydər Əliyev Mərkəzində Masallı, Yardımlı və Cəlilabad rayonlarından olan vətəndaşları qəbul etdi

30 aprel 2015 | 15:00

    Aprelin 30-da nəqliyyat naziri Ziya Məmmədov Yardımlı şəhərindəki Heydər Əliyev Mərkəzində Masallı, Yardımlı və Cəlilabad rayonlarından olan vətəndaşları qəbul edərək, onların şikayət və təkliflərini dinləyib.
Nazir Ziya Məmmədov və Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov  Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, Ulu Öndərin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.Sonra Ulu Öndərin adını daşıyan Mərkəzdə böyük rəhbərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olub, şəhər sakinləri ilə görüşüb.
   Vətəndaşların qəbulunda “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov, “Azəryolsevis” Açıq Səhmdar Cəmiyyətinin sədr vəzifəsini müvəqqəti icra edən Saleh Məmmədov, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Hüseyn Salamov iştirak ediblər.
     Vətəndaşların müraciətləri əsasən rayonlararası və kənddaxili yolların bərpası, dağ çayları üzərində körpülərin salınması, Cəlilabad rayonunun Göytəpə şəhərindəki körpünün təmiri, işlə təmin olunmaq və digər məsələlərlə bağlı olub.
     Qəbul zamanı qaldırılan məsələlərin əksəriyyəti yerindəcə həllini tapıb. Vətəndaşların digər müraciətləri ilə bağlı nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verilib.

Keçidlər