Şriftin ölçüsü :

Saytın rəngi :

Faşizm üzərində Qələbənin 70 illiyi qeyd edildi

09 may 2015 | 15:00

    Mayın 9-da alman faşizmi üzərində qələbənin 70 illiyi münasibəti ilə Çayüzü kəndində tədbir keçirildi. Rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov başda olmaqla müharibə veteranlarının bir qrupu, ictimaiyyətin nümayəndələri kəndin mərkəzindəki Böyük Vətən Müharibəsində qəhrəmanlıqla həlak olanların xatirəsinə ucaldılmış abidəni ziyarət etdilər, önünə gül qoydular.
   Rayon icra hakimiyyəti başçısı Sevindik Hətəmovun təşəbbüsü ilə Çayüzü kəndindəki Böyük Vətən Müharibəsi abidəsində və ətraf parkda əsaslı təmir işləri aparılmışdır ki, bu da qəhrəmanlıq tariximizin heç vaxt unudulmadığını göstərir. Daha sonra natiq qeyd etmişdir ki, Böyük Vətən müharibəsində 700 minə yaxın azərbaycanlı vuruşmuşdur. Yardımlıdan 3999 nəfər müharibəyə yola düşmüş və onların 2500 nəfəri döyüş əməliyyatlarında həlak olmuşdur. 1500 nəfərə yaxın həmyerlimiz döyüş igidliklərinə görə orden və medallarla təltif olunmuşdur. Daha sonra natiq Bakı neftinin müharibədə oynadığı rola da nəzər salmışdır.
       Dağüzü kənd orta məktəbi özfəaliyyət kollektivinin üzvləri II  Dünya müharibəsində alman faşizmi üzərində qələbənin 70 illiyinə və ümummilli lider Heydər Əliyevə həsr olunmuş şeirlərlə bayram ovqatına rəng qatmışlar.
     Müharibə veteranları Hüseyn Cəfərov və Hacı Güləli Cəfərov təbrik nitqləri ilə çıxış edərək, sonda ölkəmizdəki əminamanlığa görə ölkə başçısına minnətdarlıqlarını bildirmişlər.
      Müharibə veteranlarına Qələbənin 70 illiyinə aid yubiley medalları təqdim olunmuşdur.
     Sonda müharibə veteranlarının şərəfinə ziyafət verilmişdir

Keçidlər