Şriftin ölçüsü :

Saytın rəngi :

MÜHARİBƏ VETERANI İLƏ GÖRÜŞ

05 may 2015 | 15:00

    9 may Qələbə günü ərəfəsində rayon icra hakimiyyətinin təşəbbüsü ilə rayonun rəsmiləri tərtib edilmiş qrafikə uyğun olaraq Böyük Vətən Müharibəsi veteranlarının yaşadıqları kəndlərdə olmuş, şəxsi evlərində onlarla görüşərək təbrik etmiş, sosial durumları ilə maraqlanmış və hədiyyə bağlamaları təqdim etmişlər.
atırladaq ki, rayonda hazırda II Dünya müharibəsinin od-alovundan keçmiş 11 veteran döyüşçü yaşayır. Sıralarımızı şərəfləndirən bu qəhrəmanların hər birinin igidliklə dolu ömür yolu gənclərimizə örnəkdir.
      Mayın 5-də rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov da rayonun digər rəsmləri ilə birlikdə Böyük Vətən Müharibəsinin əfsanəvi qəhrəmanlarından sayılan veteran döyüşçü Şahbaz Hüseynova baş çəkib. Rayon rəhbəri 92 yaşlı veteranı Qələbə günü münasibəti ilə təbrik edərək onun mənalı ömür yolunu dəyərləndirib, səhhəti ilə maraqlanıb.
     Şahbaz Hüseynov göstərilən diqqət və qayğıdan həmişə razı olduğunu bildirərək, rayon rəsmilərinin, şəxsən icra başçısının tez-tez ona baş çəkməsindən, müalicəsi ilə bağlı tapşırıqlar verməsindən məmnunluğunu ifadə edib  və sosial durumu ilə maraqlanmasını yüksək dəyərləndirdiyini qeyd edib.
    Qocaman döyüşçü müharibə xatirələrindən söz açıb, rayonda gedən tikinti abadlıq işlərində başçıya uğurlar arzulayıb.

Keçidlər