Dörd yaşayış məntəqəsinə içməli su verildi.
29 may 2015-cü il tarixdə 6 min əhalini yaşadığı 4 yaşayış məntəqəsinə içməli suyun verilməsi ilə bağlı rayonun Vərgədüz kəndində tədbir keçirildi.
Rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov və Azərsu ASC Birləşmiş Su-kanal MMC-nin direktoru Etibar Məmmədov təbrik nitqlərində regionlarda gedən tikinti quruculuq işlərindən danışıb, kəndə çəkilən su xəttini həmin proseslərin bir hissəsi kimi dəyərləndirdilər. Qeyd etdilər ki, ölkə Prezidenti İlham Əliyev cənabları xalqın həyat şəraitinin yaxşılaşmasına yönəlik layihələrin sürətlə həyata keçirilməsinə çalışır və bu istiqamətdə mühüm işlər görülüb. Natiqlər Azərbaycan Prezidentinin məşhur “Su həyatdır, təmiz su isə sağlam həyatdır” kəlamını xatırladıb, sakinlərə çəkilən yeni su xəttindən xeyir işlərdə istifadə etməyi arzuladılar.
Kənd sakinləri adından çıxış edən şair Pənah Dumanoğlu layihənin reallaşmasında bütün xidməti olan insanlara minnətdarlıq hisslərini ifadə edib, su xəttini Azərbaycan Prezidentinin Vərgədüzlülərə hədiyyəsi kimi dəyərləndirdi.
Digər kəndlərə də içməli suyun verilməsi üçün çəkiliş işləri davam edir.