Şriftin ölçüsü :

Saytın rəngi :

TQDK sədri Məleykə Abbaszadə Yardımlı şəhərində Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarının sakinləri ilə görüşərək, onların müraciətlərini dinləyib.

19 iyun 2015 | 15:00

      Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq iyunun 19-da Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının  sədri Məleykə Abbaszadə Yardımlı şəhərindəki Heydər Əliyev Mərkəzində Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarının sakinləri ilə görüşərək, onların müraciətlərini dinləyib.

      TQDK-nin sədri Məleykə Abbaszadə və Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, Ulu Öndərin adını daşıyan Mərkəzdə böyük rəhbərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olub.

 Qəbul zamanı vətəndaşların müraciətləri əsasən təhsil və təlim-tərbiyə sahəsindəki məsələlərlə bağlı olub.
Vətəndaşlar işə qəbul, buraxılış, qəbul və sınaq imtahanları, V qrupun ixtisasları, qəbul imtahanlarında ixtisas seçimi və sair məsələlərə dair rəy və təkliflərini bildiriblər.
     Bəzi vətəndaşların TQDK-nın səlahiyyətlərinə aid olmayan müraciətləri isə müvafiq təşkilatlara çatdırılmaq üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.

 

Keçidlər