Yardımlı rayonunda 2015-ci ilin I yarımilində sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir
Yığıncağı rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov açaraq toplantı iştirakçılarının salamlamış, 2015-ci ilin I yarımilində sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran məsələlər barədə məruzə ilə çıxış edərək vurğulamışdır ki, Azərbaycanın iqtisadi inkişafının əsas baza sütunlarından birinə çevrilən “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” Respublikamızın digər bölgələri kimi rayonumuzun da sıçrayışlı inkişafını təmin etməklə yanaşı, insanların sosial həyatının yaxşılaşması, şəhər və kəndlərimizin simasının əhəmiyyətli dərəcədə dəyişməsində mühüm rola malik olmuşdur. Ötən müddət ərzində də Tikinti-abadlıq-quruculuq işləri, yerli əhəmiyyətli avtomobil yollarının təmiri, yeni müasir binaların tikintisi və digər infrastruktur layihələrinin icrası sürətlə həyata keçirilmişdir.
Mən qısaca olaraq Avropa Olimpiya Oyunlarının Ölkəmizdə möhtəşəm keçirilməsi ilə bağlı məlumat vermək istəyirəm.
Azərbaycan öz tarixində ilk dəfə mötəbər idman turnirinə -Avropa Olimpiya oyunlarına ev sahibliyi etdi. Respublikamıza Avropanın 50 ölkəsindən 6 mindən çox idmançı, o cümlədən 10 minə yaxın nümayəndə heyəti təşrif buyurmuşdur. Azərbaycanı təmsil edən idmaçıların nailiyyəti, ölkə üçün tarixi rekordla əlamətdar oldu. Milli yığmamız yarışları 56 medalla başa vuraraq qitənin ikincisi adını qazandı. 21 qızıl, 15 gümüş və 20 bürünc medal qazanaraq Azərbaycan komandası yalnız Rusyadan geri qalıb.
Bildiyiniz kimi I Avropa Oyunlarının məşəli 2 may tarixdə rayomuzda əhalinin böyük ruh yüksəkliyi ilə qəbul edildi və möhtəşəm “Məşəl estafedi” adlı tədbir keçirildi. Bu tədbirdə 12 minə yaxın rayon sakinləri iştirak etmişdir.
Hazırda, Möhtərəm Prezidentin qayğısı və göstərişi əsasında şəhərin Heydər Əliyev küçəsində icra hakimiyyəti üçün yeni inzibati binanın və idman kompleksinin, Şəhərin Biləzəmi adlanan ərazisində kənd təsərrüfatı idarəsi üçün inzibatı bina inşa olunur. Həmin ərazidə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı rayon bölməsi, cənub zonasında mədəniyyət tədbirlərinin keçirilməsi üçün müasir inzibati bina, eləcə də, güləş və idman zalının tikintisi də nəzərdə tutulmuşdur. Eyni zamanda, bu ərazidə vətəndaşların da fərdi yaşayış evi tikməsi üçün də torpaq sahəsi ayrılmışdır, hazırda vətəndaşlar tərəfindən bu sahədə müasir evlər tiklir.
Aidiyyatı təşkilatlarla düzgün istiqamətdə qurulan işlərin nəticəsidir ki, rayonun bütün yaşayış məntəqələrində müəyyən işlər görülür. Yaponiya səfirliyinin maddi imkanları hesabına Hamarkənd kəndində yeni tibb məntəqəsinin tikintisi icra olunur. Yaponiya Hökuməti rayonumuzda sosial layihələrin həyata keçirilməsində maraqlıdır və nəzərinizə çatdırım ki, onlar ötən ildə şəhər 1 saylı və Köryədi məktəblərində tam müasir sanitar qovşağı inşa etmişlər, əlavə olaraq Yaponiya Hökuməti tərəfindən Hamarkənd əhalisinin içməli su ilə təmin edilməsi üçün kənd ərazisində yerləşən “Gur” bulaqdan yeni su xəttinin çəkilişi həyata keçiriləcəkdir.
Rayonda, əhalinin içməli su ilə təmin edilməsi və yolların təmiri bizi narahat edən məsələlərdən biri idi. Bu istiqamətdə tərəfimizdən geniş miqyaslı tədbirlər həyata keçirilmiş, Möhtərəm Prezidentimizin sərəncamı, eləcə də daxili imkanlar və Nəqliyyat Nazirliyinin köməkliyi hesabına son üç ildə 188,5 km yol təmir olunmuş, bunun 57,5 km-i asfalt, 68 km-i çınqıl örtüklə, 63 km-i ağır texnika ilə eni 6 metr olmaqla genişləndirilərək avtomobillərin normal gəliş-gedişi təmin olunmuşdur. Rayonun bütün kəndlərarası yolların təmiri ilə əlaqədar qarşımızda bir neçə çətinlik mövcud idi. Bununla əlaqədar Azərbaycan Respublikası Kənd Təsərrüftı Nazirliyi yanında Kənd Təsərrüfat Kreditləri üzrə Dövlət agentliyi ilə müvafiq görüşlər keçirildi, kənd yollarının təmiri ilə bağlı layihə onlara təqdim olunaraq razılaşdırıldı. Artıq, ötən ildə təşkilat tərəfindən rayonumuzda “Kənd İnvestisiya Layihəsi” çərçivəsində 4 yaşayış məntəqəsində - Şıxlar, Bərcan, Gölyeri və Çanaxbulaq kəndlərində ümumi uzunluğu 10,3 km məsafədə kənd yolları çınqıl örtüklə təmir olunmuşdur. Hazırda, uzunluğu 4 km olan Yolocaq, uzunluğu 6 km olan Sırıq-Horavar-Əngəvül, uzunluğu 6 km olan Zeynələzir-Honuba Şıxlar kənd yolları təmir olunmuş və ümumilkdə, rayonda təmir olunmuş çınqıl yolların uzunluğu 84 km olmuşdur. Digər kənd yollarının da təmiri ardıcıl olaraq həyata keçirilir.
Rayonda yeni yolların çəkilişi və təmiri istiqamətdə aparılan ardıcıl tədbirlərin nəticəsidir ki, ilin istənilən fəslində rayonun ən ucqar kəndlərə belə rahatlıqla getmək mümkündür.
Əhalinin içməli su ilə təmin edilməsi işləri də uğurla icra olunmuşdur. “Sineyir”dən çəkilən su xətti artıq əhalisinin sayı 4 min nəfər olan Osanakəran, Bürzünbül, Vərgədüz və Bilnə kəndlərinə verilmişdir. Həmin istiqamətdə digər kəndlərə də su səttinin çəkilişi həyata keçirilir. Ölkə Prezidentinin sərərəncamı ilə əhalisinin sayı 1000 nəfər olan Urakəran və əhalinin sayı 1600 nəfər olan Zevin kəndlərinin hər birində bir artezyan quyu qazılmış və yaxınlarda əhalinin istifadəsinə veriləcəkdir. Bütün dövrlərdə içməli suya zəruri ehtiyacı olan Qabaqdibi, Köryədi, Yolocaq və Separadi kəndlərinin də bu problemi Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti qarşısında məsələ qaldırılmış və müsbət həll olunmuşdur. Belə ki, Viləş çayı hövzəsində inşa olunacq böyük həcimli su anbarından Qabaqdibi və Köryədi kəndləri, Ağ çay hövzəsində inşa olunacaq su anbarından isə Yolocaq və Separadi kəndləri içməli su ilə təmin olunacaqdır. Bu işin həyata keçirilməsi ilə əlaqədar geoloji kəşfiyyat işləri aparılmışdır.
Hazırda şəhərə su və kanalizasiya işlərinin çəkilişi davam etdirilir. Görülən işlərlə yanaşı Yardımlı şəhər əhalisinin içməli su təminatı üçün daxili imkanlar hesabına viləş çayı hövzəsində bir neçə istiqamətdə su quyuları qazılmış və əhalisinin istifadəsinə verilmişdir............