Tələbə adını qazanmış məzunlarla görüş keçirildi.
27 avqust 2015-ci il tarixdə Yardımlı rayon Nizami adına kulubda Yardımlı rayon İcra hakimiyyəti başçısı aparatının təşkilatçılığı ilə tələbə adını qazanmış məzunlarla görüş keçirilmişdir.Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev parkında Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmişlər.
Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov tədbir iştirakçılarını salamlayaraq tələbə adını qazanmış məzunları təbrik etmiş, valideynlərinə və müəllimlərinə xoş arzularını söyləmişdir. Natiq çıxışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının təhsilə göstərdiyi diqqət və qayğıdan söhbət açmış və bu qayğının nəticəsinin Yardımlı təhsilindən də yan keçmədiyini vurğulamışdır.
Tədbirin sonunda Yardımlı rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov tərəfindən tələbə adını qazanmış məzunlara qiymətli hədiyyələr və pul mükafatları verilmişdir.