Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlıda kompleks mülki müdafiə təlimi keçirilmişdir

30 avqust 2011 | 15:00

Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının hazırlıq planına uyğun olaraq Yardımlı rayonunda “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqanı və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda kompleks mülki müdafiə təlimi keçirilmişdir.
Ttəlimə Yardımlı Rayon İcra Hakimiyyətinin nümayəndələri, rayon Fövqəladə Hallar Komissiyası və rayonun Mülki Müdafiə xidmətləri cəlb edilmişdir.
Təlimlərin keçirilməsində əsas diqqət komandir-rəis heyətinin idarəetmə bacarıqlarının yüksəldilməsinə, praktiki tədbirlərin yerinə yetirilməsinə, eləcə də mülki müdafiə dəstələrinin şəxsi heyətinin peşəkar səviyyəsinin artırılmasına yönəldilmişdir.
 

Keçidlər